...

Azərbaycan sahibkarlarına 2011-ci il üçün nəzərdə tutulan güzəştli kreditlərin 41 faizi verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 May 2011 18:26 (UTC +04:00)
Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Füzuli rayonunun və ətraf rayonların 33 sahibkarına 3,5 milyon manat məbləğində güzəştli kredit verilib.
Azərbaycan sahibkarlarına 2011-ci il üçün nəzərdə tutulan güzəştli kreditlərin 41 faizi verilib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir N.İsmayılova/

Cümə günü İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Füzuli rayonunun və ətraf rayonların 33 sahibkarına 3,5 milyon manat məbləğində güzəştli kredit verilib. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Bu kreditlər hesabına 70-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Tədbir Füzuli rayonunun 130-dan çox sahibkarının iştirakı ilə Horadizdə keçirilib.

Tədbir çərçivəsində "ASA LTD" MMC-yə məxsus tutumu 5 min ton olan soyuducu anbar kompleksində aparılan tikinti işlərinə baxış keçirilib.

2011-ci ildə SKMF 51 milyon manat məbləğində 669 kredit verib. Kreditlər 43,7 milyon manat məbləğində 38 iri layihəni və 7,3 milyon manat məbləğində 631 kiçik layihəni əhatə edib. 2011-ci il üüçn 125 milyon manta məbləğdə güzəştli kredit planlaşdırılıb.

Mayın 27-nə olan rəsmi məzənnə 0,7896 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti