...

Azərbaycanda polis postları və patrul avtomobillərində POS-terminalların sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2011 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Beynəlxalq Bankı (AMB) Bakıda polis postları və patrul avtomobillərində 111 POS-terminal quraşdırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABB-nin 100 faizlik mülkiyyətində olan "AzeriCard" Prosessinq Mərkəzinin biznesin inkişafı üzrə rəhbəri Cahangir Məmmədov deyib.

Martın əvvəlində ABB və DİN Baş Dövlət Yol Polisi İdarəsi post və patrul maşınlarında simsiz POS-terminalların quraşdırılması üzrə işə başlamaq barədə qərar qəbul edib.

"Bu günə 111 terminal quraşdırılıb, onların köməyi ilə qaydaları pozan sürücülər cəriməni yerindəcə ödəyə bilərlər. Bu halda sürücülərin yerində cərimələrin ödənilməsində fəallığı müşahidə olunur", - o bildirib.

Onun sözlərinə görə, hazırda bütün terminallar patrul avtomobillərində və Bakının postlarında quraşdırılıb, lakin tezliklə onların Naxçıvanda quraşdırılmasına başlanacağı gözlənilir. Hələ ki İnzibati Xətalar Məcəlləsinin yalnız 5 maddəsi üzrə məbləği 20 manatı ötməyən cərimələr qəbul edilir.

Sürücülər birbaşa yerində, yol polisinin bilavasitə xidməti avtomobillərində cərimə ödəyə və bunun əvəzində qəbz ala bilərlər. POS-terminallar qəbzi iki nüsxədə verir. Onlardan biri qanun pozucusuna verilir, qəbzin əsli isə tərtib edilən inzibati protokola tikilir.

İyunun 1-nə olan rəsmi məzənnə 0,7894 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti