...

Bank Of Baku: yeni filial - artiq Mərdəkanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2011 10:02 (UTC +04:00)
2 iyun 2011-ci il tarixində Bank of Baku ASC-nin yeni "Mərdəkan" filialı fəaliyyətə başladı. Bank of Baku-nun yeni filialı Mərdəkan qəsəbəsinin girişində açılıb və filialın Abşeron yarımadasının iri qəsəbələrinin birində yerləşməsi onu Mərdəkan və yaxındakı ərazidə yaşayan müştərilər üçün daha da əlçatan və rahat edir.
Bank Of Baku: yeni filial - artiq Mərdəkanda

2 iyun 2011-ci il tarixində Bank of Baku ASC-nin yeni "Mərdəkan" filialı fəaliyyətə başladı. Bank of Baku-nun yeni filialı Mərdəkan qəsəbəsinin girişində açılıb və filialın Abşeron yarımadasının iri qəsəbələrinin birində yerləşməsi onu Mərdəkan və yaxındakı ərazidə yaşayan müştərilər üçün daha da əlçatan və rahat edir.

Yeni filialın açılışı ilə bağlı Bank of Baku-nun İdarə Heyətinin sədri Fərid Əlizadə qeyd etdi ki, Bank of Baku-nun regional inkişafının siyasəti xidmət səviyyəsinin təkmilləşməsi və bankın müştəri bazasının genişlənməsinə yönəlib. "Mərdəkan" filialının açılışı haqqında qərar mövcud müştərilərimizin konsentrasiyasının analizi, birbaşa sorğuların nəticələri, istehlak kreditləşmə üzrə partnyorlarımızın istəkləri və əlbəttə ki, bu zonanın inkişaf perspektivləri əsasında verilib. Bu gün Mərdəkan qəsəbəsində Azərbaycanın, demək olar ki, bütün bankları təqdim olunub, hətta bəzi bankların bir neçə filialı var. Fikrimcə, burada kifayət qədər güclü rəqabət olacaq və bu amil bizim biznesi daha da maraqlı edir. Bankımız yeni bazarların inkişaf və xidmət keyfiyyətini əsas götürərək filial şəbəkəsinin genişlənməsi üzrə ardıcıl siyasətini davam edəcək. Hesab edirəm ki, Bank of Baku-nun növbəti filialının açılışı haqqında xəbər özünü çox gözlətməyəcəkdir", - deyərək F.Əlizadə "Mərdəkan" filialının açılışını belə şərh etdi.

Beləliklə, "Mərdəkan" filialı fiziki və hüquqi şəxslərə geniş çeşidli bank məhsul və xidmətlərini təklif edir:

• Hesabların açılması

• Depozitlərin qəbul edilməsi

• İstehlak kreditlərinin verilməsi

• Kommunal ödənişlər

• Azercell, Bakcell, Nar Mobile danışıqları üzrə ödənişlərin qəbul edilməsi

• Təcili pul köçürmələri

• Plastik kartların sifariş edilməsi və verilməsi

• Mübadilə əməliyyatları

• Növbəsiz ödəniş köşkləri (Cash-in)

Qeyd edək ki, Bank of Baku-nun inkişaf prioritetlərindən biri xidmət məntəqələrinin artırılması vasitəsilə filial şəbəkəsinin genişləndirilməsidir və bankın yeni filialının açılması bu sahədə növbəti mərhələlərindən biridir. Bu gün Bank of Baku-nun artıq 17 filialı əhaliyə peşəkar bank xidmətlərini təqdim edir.

Bank of Baku-nun fəaliyyəti haqqında daha ətraflı məlumatı bankın Məlumat mərkəzi 145 nömrəsi vasitəsilə, www.bankofbaku.com web-saytında və ya həmin saytda fəaliyyət göstərən "Onlayn-məsləhətçi" xidmətinə müraciət edərək əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti