...

Azərbaycanın vergi administrasiyası regionda ən yaxşılarından biridir - IOTA-nın icraçı direktoru

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2011 14:16 (UTC +04:00)
Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (ITIC) vergi ekspertlərinin yeddinci illik Avrasiya seminarına yekun vurulur.
Azərbaycanın vergi administrasiyası regionda ən yaxşılarından biridir - IOTA-nın icraçı direktoru

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir N.İsmayılova/

Bakıda Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (ITIC) vergi ekspertlərinin yeddinci illik Avrasiya seminarına yekun vurulur.

Seminar çərçivəsində Azərbaycanın Vergilər və Maliyyə nazirliklərinin təqdimatları keçirilib. Qonaqlar "bir pəncərə" sisteminin fəaliyyəti ilə tanış olublar. Qonaqları daha çox maraqlandıran suallar vergiödəyicilərə xidmət göstərilməsi sahəsinə, eləcə də vergi terminallarının fəaliyyətinə, ƏDV üzrə ödənişlərin və xüsusi bank hesablarının təşkilinə aid olub. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

"Seminarın mövzu və məzmunu bizə yaxşı təsir bağışlayıb. Hesab edirik ki, Azərbaycanın vergi administrasiyası müasirdir. Bu sahədə aparılan islahatlar düzgün istiqamətdə gedir. Azərbaycanın vergi administrasiyası regionda ən yaxşılarından biridir və hətta Qərb ölkələrinin Azərbaycanda öyrənə biləcəyi sahələr var", - Avropa Vergilər Administrasiyası Təşkilatının (IOTA) icraçı katibi Marek Velençik deyib.

Əvvəllər belə seminarlar Paris, Sinqapur, Dubay, Moskva və Astanada keçirilib. Seminarda Avrasiya İqtisadiyyat Birliyi, Avropa Vergi Administrasiyaları Təşkilatı, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstan və Türkmənistanın nümayəndə heyətləri, eləcə də Azərbaycanın dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti