...

"Anglo Asian Mining Plc" Azərbaycanın iri bankına borcunu nəzərdə tutulan müddətdən əvvəl ödəməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2011 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda qızıl istehsal edən "Anglo Asian Mining Plc" şirkəti Azərbaycan Beynəlxalq Bankına (ABB) borcunu 2012-ci ilin əvvəlində ödəməyi planlaşdırır. Bu barədə bazar ertəsi Trend-ə şirkətin baş direktoru Rza Vəziri məlumat verib.

Əvvəllər borcun 2014-cü ildə ödənilməsi planlaşdırılmışdı.

"Biz ABB-nin borcunun ödənilməsi üzrə qrafiki əhəmiyyətli dərəcədə qabaqlayırıq və banka olan borcu 2012-ci ilin əvvəlində ödəyəcəyimizə ümid edirik", - Vəziri bildirib.

Onun sözlərinə görə, şirkətin icraçı direktoruna (Vəzirinin özünə) borcu istənilən vaxt ödənilə bilər, çünki bu borc üzrə faiz dərəcəsi aşağıdır, lakin əvvəlcə ABB-yə olan borc ödəniləcək.

İl ərzində "Anglo Asian Mining Plc" şirkətinin borcu iki dəfədən çox, yəni 46 milyon dollardan 22 milyon dollaradək azalıb.

2011-ci ilin birinci rübü ərzində şirkət özünün əsas kreditoru olan Azərbaycan Beynəlxalq Bankına 8,6 milyon dollar verib ki, bununla da bank qarşısında 21 milyon dollaradək səviyyədə olan borcunu ödəyib.Şirkətin "Anglo Asian"ın icraçı direktoru Rza Vəziriyə bir milyon dollar məbləğində olan borcu da daxil olmaqla, rübün sonuna olan məlumata görə, şirkətin məcmu borcları 22 milyon dollar təşkil edir.

"Anglo Asian Mining PLC" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanan PSA tipli hasilatın pay bölgüsü sazişi əsasında Azərbaycanın cənub-qərbində yerləşən altı - "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Söyüdlü" yataqlarının işlənməsi hüququna malikdir. Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti