...

Yeddi il ərzində Azərbaycanda meliorasiya sektoruna investisiyalar 23 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2011 13:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir A.Bədəlova/

Yeddi il ərzində Azərbaycanda meliorasiya sisteminin bərpasına qoyulan investisiyalar 23 dəfə artıb və onlar tikinti işlərinin həyata keçirilməsinə yönəldilib. Bu barədə bazar ertəsi jurnalistlərə "Meliorasiya və su təsərrüfatı" QSC-nin rəhbəri Əhməd Əhmədzadə bildirib.

"Bu gün ölkədə min nasos stansiyası və yeddi min artezian quyusu var", - Əhmədzadə bildirib.

Bu fəaliyyət Kənd Təsərrüfatı Nazirlyi tərəfindən bir neçə il əvvəl işlənib hazırlanan "Səhralaşmanın qarşısının alınması və onun kənd təsərrüfatına təsirinin azaldılması üzrə milli proqram" çərçivəsində əlaqələndirilir. Kollektorların, su kanallarının çəkilişi, su anbarlarının tikintisi ilə yanaşı milli proqramın ən vacib istiqaməti aqrar meteoroloji stansiyaların işinin yaxşılaşdırılması, yeni, quraqlığa və torpağın duzlaşmasına davamlı bitki sortlarının becərilməsi, sahələrin qənaətlə suvarılması - damcı və aerozol suvarma texnologiyalarının tətbiqinə yönəlib.

"Hazırda Dünya Bankının kənd yerlərinin (Şirvan, Muğan, Xaçmaz və başqaları) infrastrukturunun yenilənməsini nəzərdə tutan və 50 min hektar sahəni əhatə edən layihəsi başa çatmaq mərhələsindədir və 85 min hektarlıq ərazidə analoji layihənin reallaşdırılmasına başlanılıb", - Əhmədzadə deyib.

Bu gün Azərbaycanda suvarılan torpaqların ümumi sahəsi 1426 min hektar təşkil edir ki, bunun 130 min hektarı işğal altındadır, 30-40 min hektarı isə sərhəd zonasına aiddir. Bununla yanaşı, respublikada ümumi tutumu 21 milyard kubmetr olan 189 su anbarı, 812 nasos stansiyası, ümumi uzunluğu 50 min kilometr olan su kanalları fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti