...

Azərbaycanın sığorta şirkəti öz risk menecerlərinin Britaniya Sığorta İnstitutunda təkrar hazırlanması barədə razılığa gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2011 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın sığorta şirkəti "Paşa Sığorta" demək olar ki, özünün bütün sığorta risk menecerlərinin və risk mühəndislərinin Britaniya Sığorta İnstitutunun İstanbul yay məktəbi çərçivəsində təkrar hazırlanması məsələsi ilə bağlı razılığa gəlib. Bu barədə Trend-ə bazar ertəsi şirkətin idarə heyətinin sədri Nofəl Rzayev deyib.

Rzayev mayın 25-27-də İstanbulda keçirilən Beynəlxalq Sığorta Konfransında iştirak edib.

"Konfrans çərçivəsində "Paşa Sığorta"nın nümayəndə heyəti baş ofislərdə olub və Türkiyənin aparıcı sığorta institutlarının texniki direktorları və portfel menecerləri ilə görüşüb və danışıqlar aparıb", - Rzayev qeyd edib.

Onun sözlərinə görə, bir sıra şirkətlərlə risklərin yerləşdirilməsinə başlamaq, digərləri ilə konkret biznes xətləri üzrə danışıqlar prosesinin davam etdirilməsi barədə razılığa gəlinib.

"Hazırda bizim biznes modelimiz, "Paşa Sığorta"nın sığorta məhsullarının peşəkarlıq səviyyəsi, maliyyə və kadr potensialımız artıq Şərqi Avropanın əsas standartlarına tam cavab verir, lakin biz əldə etdiyimizlə kifayətlənmək fikrində deyilik", - Rzayev əlavə edib.

İstanbul konfransı Türkiyə və Yaxın Şərq, Mərkəzi Asiya və Qafqaz ölkələrinin sığorta, bank və investisiya birliklərinin illik ənənəvi tədbiridir. İllik konfransın təşkilatçısı kimi Tükiyə Sığorta Peşəkarları Bələdçiləri və Türkiyənin Sığorta və Təkrar Sığorta Şirkətləri Assosiasiyasının iştirakı ilə İstanbul Anderraytinq Mərkəzi çıxış edir. Bu il Azərbaycanı konfransda "Paşa Sığorta" və yeganə təkrar sığorta şirkəti "AzRe" təmsil edib.

"Bu il konfransın əsas vəzifəsi Türkiyənin sığorta bazarının aparıcı iştirakçılarının sığorta məhsullarının hazırlanması və tarifləşdirilməsi sahəsində təcrübə mübadiləsi, sığortaçıların bazarda rəqabətli strategiyalarının hazırlanması və həyata keçirilməsi, sığorta şrikətlərinin sığorta və təkrar sığora portfelinin peşəkar idarəetmə sisteminin qurulması olub. ABŞ və Avropanın sığorta bazarlarının və şirkətlərinin böhranı fonunda sığorta bazarı dinamik artım və nümunəvi risk menecmentini nümayiş etdirməkdə davam edir. Bununla əlaqədar konfransa beynəlxalq maraq ildən-ilə artır", - Rzayev əlavə edib.

Onun sözlərinə görə, forumda aparıcı məruzəçilər Munich Re, Allianz, Zurich, Willis Re, Lockton Re, HSBC Bank, ING şirkətlərinin və Türkiyə və region bazarında fəal işləyən digər maliyyə institutlarının baş direktorları və regional nümayəndələri olub.

"Bu qurumların hər biri ilə iş bizim üçün perspektivli ola bilər və olmalıdır. İştirakçıların xüsusi marağına Munich Re-nin regional direktoru Yurgen Brukerin və Zurich Turkey-nin baş direktoru Luts Bauerin regional bazarlarda Qərbin sığorta məhsullarının hazırlanması və tətbiqi üzrə məruzələri səbəb olub. "Həyat sığortası" bölməsi çərçivəsində ING Life & Pension Turkey-nin baş direktoru Frederik de Vrisin məruzəsi üzrə maraqlı söhbət aparılıb. O, əvvəllər ING Life & Pension Russia-ya rəhbərlik edib. De Virs öz məruzəsində həyat sığortası bazarının formalaşdırılmasında vasitəçilik xidmətlərinin və pensiya proqramlarının rolunu və inkişaf səviyyəsini qiymətləndirib. Bu mövzular bizim bazar üçün aktualdır", - Rzayev vurğulayıb.

Hazırda "Paşa Sığorta" Azərbaycanın sığorta bazarının ən çox kapitallaşdırılan (30 milyon manat) sığorta şirkətidir. Maliyyə Nazirliyinin sığortaçıların kapitalına minimal tələbi 2011-ci il yanvarın 1-nə 3 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti