...

Azərbaycanın lizinq şirkəti nizamnamə kapitalını 60 faiz artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2011 17:31 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Qafqaz Lizinq" şirkətinin ümumi məbləği 1,2 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
Azərbaycanın lizinq şirkəti nizamnamə kapitalını 60 faiz artırır

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Qafqaz Lizinq" şirkətinin ümumi məbləği 1,2 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə komitənin məlumatında deyilir.

Hazırda şirkətin nizamnamə kapitalı 1,9 milyon manatdır.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 1200 səhm buraxılıb. Səhmlər emissiyasının yerləşdirilməsi nəticəsində şirkətin kapitalı 3,1 milyon manat təşkil edəcək.

"Qafqaz Lizinq" MMC maliyyə lizinq şirkətidir. Əsası 30 oktyabr 2007-ci il tarixdə qoyulub. Səhmlərin 100 faizi strukturun təsisçisi olan Türkiyənin NAB Şirkətlər Qrupuna məxsusdur.

İyunun 10-na olan rəsmi məzənnə 0,7884 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti