...

Azərbaycanda 2020-ci ilədək qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Qrupu yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2011 13:48 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində Azərbaycan Prezidentinin 1504 nömrəli, 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının səmərəli icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Qrupu yaradılıb.
Azərbaycanda 2020-ci ilədək qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Qrupu yaradılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir, N.İsmayılova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Azərbaycan Prezidentinin 1504 nömrəli, 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramının səmərəli icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət Əlaqələndirmə Qrupu yaradılıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü QKDK-nın məlumatında deyilir.

Əlaqələndirmə Qrupunun iclası iyunun 10-da QKDK-da keçirilib. İclasda Maliyyə, Vergilər, Ədliyyə, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları, Təhsil nazirlikləri, Mərkəzi Bank, Əmlak Məsələləri Dövlət Komitəsi və Auditorlar Palatasının nümayəndələri iştirak edib.

İclasda çıxış edən QKDK-nın sədri Rüfət Aslanlının sözlərinə görə, Dövlət Proqramının icrası nəticəsində müasir və beynəlxalq standartlara uyğun, iqtisadiyyata geniş kapitalizasiya imkanları təqdim edən qiymətli kağızlar bazarı formalaşacaq.

Daha sonra Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin aidiyyəti dövlət qurumları arasında icra mexanizmləri müzakirə edilib və bu istiqamətdə görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

İclasın nəticəsi olaraq hər bir dövlət qurumuna həvalə edilmiş tədbirlərin icrası ilə bağlı Əlaqələndirmə Qrupunun növbəti içlasınadək iş planlarının hazırlanmasına dair qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti