...

Azərbaycanlı turistlər "flydubai"-ın yeni nəqliyyat xidmətlərindən faydalana biləcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2011 13:04 (UTC +04:00)
Artıq Azərbaycandan olan çoxsaylı turistlər və iş adamları BƏƏ-nin ilk qənaətçil hava yolları olan "flydubai"-ın yeni nəqliyyat xidmətindən faydalana bilərlər. Bu barədə aviaşirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.
Azərbaycanlı turistlər "flydubai"-ın yeni nəqliyyat xidmətlərindən faydalana biləcəklər

Azərbaycan, Bakı, 13 iyun /Trend /

Artıq Azərbaycandan olan çoxsaylı turistlər və iş adamları BƏƏ-nin ilk qənaətçil hava yolları olan "flydubai"-ın yeni nəqliyyat xidmətindən faydalana bilərlər. Bu barədə aviaşirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Şirkət iyunun 15-dən Abu Dabi və Əl Əyn şəhərlərindən Dubay beynəlxalq aeroportunun 2-ci Terminalı istiqamətində avtobus xidmətini istifadəyə verir. Avtobuslar gün ərzində Abu Dabidən dörd, Əl Əyndən isə - üç səfər yerinə yetirəcəklər. "Flydubai" şirkətinin baş meneceri Qeyt Əl Qeytin bildirdiyinə görə, yeni xidmət sərnişinlərin 2-ci Terminaldan daha rahat istifadə etməsinə yönəlmiş ilk addımdır: "Arzumuz budur ki, sərnişinlərmiz səfərə çıxarkən təyyarənin göyərtəsinədək özlərini rahat hiss etsinlər. Abu Dabi və Əl Əyn şəhərlərindəki müştərilər üçün bu xidmət əlverişlikliyi və etibarlılığı ilə seçiləcək".

Avtobusla sərnişindaşıma xidməti şirkətin əlavə xidmətir və aviabiletlərin alışı və bronlaşdırımasından ayrı həyata keçirilir. Avtobusların hava limanına qəliş və getmə vaxtları uçuşların vaxtı ilə tam uzlaşmasada, müəyyən edilmiş qrafiklərin tətbiqi nəticəsində flydubai-ın həyata keçirdikləri reyslərinin əksəriyyəti ilə uyğun olacaq.

Dubayın ilk qənaətcil hava yolları olan "flydubai" şirkəti 2008-ci ilin martında Dubay hökuməti tərəfindən yaradılıb və 2009-cu il İyunun 1-də kommersiya uçuşlarına başlayıb.

Şirkətin İnternet səhifəsi (www.flydubai.com), telefon mərkəzi (+9714 301 0800) və səyahət tərəfdaşları şirkətin müştərilərlə ünsiyyəti üçün vacib vasitədir.

Xəbər lenti

Xəbər lenti