...

Azərbaycan Mərkəzi Bankı 10 il ərzində çevik məzənnə mübadiləsinə keçidi gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2011 18:38 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın 10 il ərzində daha çevik monetar idarəetməyə keçidi planlaşdırır. Bu barədə bazar ertəsi Trend-ə AMB-nin baş direktoru Xaqani Abdullayev deyib.

"Əksər mərkəzi banklar daha çevik monetar idarəetmə sisteminə malik olmaq üçün çevik valyuta məzənnəsinə keçirlər, lakin keçid prosesinə 10-15 il lazım ola bilər. Bunu dünya təcrübəsi, xüsusilə də böyük ixraca və valyuta daxilolmalarına malik ölkələrin təcrübəsi göstərir", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, çevik monetar idarəetmə xarici şoklara qalib gəlməyi təmin edir, yəni çevik mübadilə məzənnəsi iqtisadiyyatın zəifləməsinin qarşısını alır. Halbuki o, böyük ixrac həcmi və ölkəyə böyük investisiyaların axını ilə rastlaşır.

"Lakin çevik məzənnə mübadiləsinə keçid uzunmüddətli perspektivdə mümkündür. Bu gün bizim başlıca məqsədimiz uzunmüddətli perspektivlərin texniki və makroiqtisadi, necə və hansı şərtlərlə keçidin mümkün olmasının qiymətləndirməsidir. Belə ki, bunun üçün struktur, institusional və makroiqtisadi faktorlar sistemi var. Ümumilikdə keçid 10-15 il ərzində mümkündür", - AMB-nin baş direktoru qeyd edib.

Onun sözlərinə görə, keçidin şərtlərindən biri çox güclü kapital bazarının yaradılması, eləcə də ölkənin beynəlxalq maliyyə bazarlarına güclü inteqrasiyasının olmasıdır.

"Ölkəyə böyük maliyyə axınları gəlməyə başlayanda, buna reaksiya kimi çevik valyuta məzənnəsi tətbiq edilir. Bizim əsas məqsədimiz - texniki və intellektual baxımdan hazır olmaq, əl altında konsepsiyaya malik olmaqdır. Belə ki, keçid prosesi həm makroiqtisadi, həm də struktur baxımından çox mürəkkəbdir", - Abdullayev qeyd edib.

Mərkəzi Bank Beynəlxalq Valyuta Fondundan monetar və məzənnə siyasətinin strukturunun təkmilləşdirilməsi üçün texniki yardım istəyib. Texniki yardım milli valyutanın daha çevik mübadilə məzənnəsi rejiminə keçid üzrə göstəriləcək.

İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan "2011-2025-ci illərdə Azərbaycanın iqtisadi inkişafının uzunmüddətli strategiyası" layihəsində də çevik məzənnə siyasəti fonunda milli valyutanın məzənnəsinin sərbəst üzən rejiminə keçid üzrə planlar göstərilib. Bu halda manatın nominal illik məzənnəsinin orta illik dəyişməsi 1 faiz səviyyəsində proqnozlaşdırılır.

Milli valyutanın məzənnəsi 2009-cü ilin yekunları üzrə 1,8 faiz, 2010-cu il - 0,6 faiz, 2011-ci ilin əvvəlindən 1,2 faiz möhkəmlənib.

Birinci rübdə qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə ümümi mal dövriyyəsində 2,2 faiz ucuzlaşıb. Tərəfdaş ölkələrdə inflyasiya nominal effektiv məzənnənin 1,5 faiz artmasına kömək edib. Qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə 0,8 faiz ucuzlaşıb. Hesabat dövrü ərzində nominal effektiv məzənnə və real effektiv məzənnə müvafiq olaraq 1,5 faiz və 1,7 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti