...

Nəqliyyat Nazirliyi yayın sonunadək Bakıda iri yol kompleksini istismara verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2011 14:19 (UTC +04:00)
Yayın sonunadək Nəqliyyat Nazirliyi Bakıda "Məşədi Əzizbəyov" metrostansiyası yaxınlığında yerləşən iri yol kompleksini istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
Nəqliyyat Nazirliyi yayın sonunadək Bakıda iri yol kompleksini istismara verəcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E.İsmayılov/

Yayın sonunadək Nəqliyyat Nazirliyi Bakıda "Məşədi Əzizbəyov" metrostansiyası yaxınlığında yerləşən iri yol kompleksini istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.

Onun sözlərinə görə, hazırda tikinti işləri davam edir, daha bir körpünün tikintisi aparılır.

"Bu layihə çərçivəsində işlərin həcmi kifayət qədər çoxdur və tikinti işləri hələ də davam edir. Lakin yayın sonunadək başa çatacaq", - Həsənov bildirib.

Yol qovşağına 9 körpü və 11 yol daxildir.

Xəbər lenti

Xəbər lenti