...

Azərbaycan turistləri Dubaya yeni Boeing-lə uçacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 İyun 2011 16:28 (UTC +04:00)
"Flydubai" dünyanın ən sürətlə inkişaf edən aviaşiya şirkəti olduğunu təsdiq edərək, hava donanmasın sayını 17-yə çatdırdı.
Azərbaycan turistləri Dubaya yeni Boeing-lə uçacaqlar

Azərbaycan, Bakı, 16 iyun /Trend/

"Flydubai" dünyanın ən sürətlə inkişaf edən aviaşiya şirkəti olduğunu təsdiq edərək, hava donanmasın sayını 17-yə çatdırdı. Dəyəri 80 mln. ABŞ dolları olan yeni Boeing 737-NG800 təyyarəsı Yaxın Şərq, Asiya, Afrika və Avropaya istiqamətlənən 36 hava marşrutuna qatılacaq. ABŞ-ın Siyetl şəhərindəki təyyarə zavodunda inşa edilmiş Boeing 737-NG800 artıq Dubay beynəlxalq hava limanının 2-ci Terminalında yer alıb. Bu "Flydubai" sərnişinlərinin rahatlıq və komfortu üçün yeni Sky Interior dizaynı və Fibre-To-The-Screen mütərəqqi uçuş sistemi ilə təchiz edilmiş 10-cu Boeing təyyarəsidir.

"Hava donanmamızın artırılması və müasir texnoloqiyalara maliyyə yatırımları şirkətimizin inkişafına dəstək olmaqla yanaşı, uçuşların yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Artıq iki ildir ki, "Flydubai" fəal şəkildə irəliləyir və biz tam əminik ki, bu davam edəcək", - yeni təyyarənin əldə edilməsini şərh edən "Flydubai" şirkətinin baş meneceri Qeyt əl-Qeyt deyib.

2009-cu ilin iyununda Dubay-Beyrut reysi ilə fəaliyyətə başlayan "Flydubai" artıq uçuş marşrutlarının sayını 33-ə çatdıraraq Azərbaycan, Pakistan, Şri-Lanka, İraq, Ukrayna, Rusiya və s. istiqamətlərə uçuşlar həyata keçirir.

Yeni Boeing 737-NG800-ün çatdırılması 2008-ci ilin sifarişi çərçivəsində baş tutub. 2016-cı ilədək isə sifariş tam yerinə yetiriləcək. Hava donanmasının artırılması ilə yanaşı, "Flydubai" uçuş heyətinin sayını 600-ə çatdırıb. Həmçinin, şirkət daim uçuşların əlverişli, qiymətlərin isə münasib olmasına çalışır.

Biletin qiymətinə bütün vergilər və çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Misal üçün, çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 15 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 10 ABŞ dolları ödəmək lazımdır.

"Flydubai" 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Dubay hökuməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə, rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışaraq, Dubaya turist axınını artırmağa kömək edir. Aviaşirkət biletləri ədalətli qiymətlərlə təklif edir - sərnişin məhz ona lazım olan xidmətlərdən istifadə edir. Biletləri şirkətin saytından (www.flydubai.com), +9714 301 0800 telefonuna zəng edərək və ya turoperatorlardan əldə etmər olar.

Xəbər lenti

Xəbər lenti