...

Bank of Baku daha bir filialının 5 yaşını qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2011 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

2011-ci il iyunun 16-da Bank of Baku-nun "Nəsimi" filialının fəaliyyətinin 5 ili tamam olub. Bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Beş il ərzində müştərilərinə bütün bank xidmətlərini yüksək səviyyədə təqdim edən filial böyük nəticələrə nail olub və fəaliyyətinin növbəti dövrünə yeni hədəflərlə addımlayır.

"Nəsimi" filialının yaranma tarixi ilə əlaqədar filial direktoru Namiq Hümbətov bunları bildirdi: "Nəsimi" filialının 5 illik fəaliyyəti kifayət qədər uğurlu olub, müştərilərimizin demək olar ki, 50 faizi təkrar müştərilərdir. Bu da müştərilərin filialın və ümumiyyətlə, bankın işindən razı qaldıqlarını göstərir".

Direktor xüsusilə qeyd etdi ki, filialın əsas nailiyyətləri - onun yaxşı göstəriciləridir: "Kredit və depozit portfellərimizdə, eləcə də müştərilərimizin sayında artım müşahidə olunur. Belə ki, 31 may 2011-ci il tarixinə depozit portfelimiz 2 mln 992 min manat təşkil etmişdir. Kredit portfelinin həcmi isə 6 mln 906 min manatı ötüb. Müştərilərimizin sayı 9 minə çatıb, gündəlik isə "Nəsimi" filialında təqribən 400 müştəri qəbul olunur və hər birinə yüksək səviyyədə xidmət göstərilir".

N.Hümbətov bu gün "Nəsimi" filialının qarşısında bir sıra hədəflərin olduğunu da vurğuladı: "Bizim əsas hədəflərimiz - satışın həcmini artırmaq, müştəri məmnuniyyətini qoruyub saxlamaq, kifayət qədər depozit portfeli cəlb etmək, daha geniş çeşiddə məhsul və xidmətlər təklif etməkdir. Müştəri məmnuniyyətinin qorunması təkcə bizim deyil, Bank of Baku-nun bütövlükdə əsas hədəflərindən biridir və hər bir filial bunun həyata keçməsi üçün çalışır".

Eyni zamanda, direktor "Nəsimi" filialının yerləşdiyi məkanda digər aparıcı bankların filiallarının da fəaliyyət göstərdiyini bildirdi: "Müqayisə etsək görərik ki, bizim müştəri potensialımız daha çoxdur. Bunun da səbəbi işçilərimiz tərəfindən müştərilərə göstərilən keyfiyyətli xidmət səviyyəsi və məhsulların rəqabətli olmasıdır. Yəni, Bank of Baku-nun kredit, depozit və digər məhsulları üstün xüsusiyyətlərə malikdir ki, müştərilər müntəzəm olaraq bizə müraciət edirlər".

Xatırladaq ki, Bank of Baku-nun "Nəsimi" filialı A.Məhərrəmov küç., 34A, 3005-ci məh. ünvanında xidmət göstərir.

İyunun 21-nə rəsmi məzənnə 0,7873 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti