...

Dövlət Xəzinədarlığı Agentliyi vəsaitlərin avtomatik emal edilməsinə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2011 18:57 (UTC +04:00)
Bakı şəhəri üzrə vergi daxilolmalarının 1 iyul 2011-ci il tarixdən Dövlət Xəzinədarlığı Agentliyinin (DXA) Mərkəzi Bankda olan hesablaşma hesabına XÖHKS ödəniş sistemi vasitəsilə qəbul olunmasına keçidlə əlaqədar DXA-nın rekvizitlərində bəzi dəyişikliklər olub.
Dövlət Xəzinədarlığı Agentliyi vəsaitlərin avtomatik emal edilməsinə keçir

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik emal edilməsi işinin inkişaf etdirilməsi və məlumatların daha operativ uçotunun qurulması məqsədilə Bakı şəhəri üzrə vergi daxilolmalarının 1 iyul 2011-ci il tarixdən Dövlət Xəzinədarlığı Agentliyinin (DXA) Mərkəzi Bankda olan hesablaşma hesabına XÖHKS ödəniş sistemi vasitəsilə qəbul olunmasına keçidlə əlaqədar DXA-nın rekvizitlərində bəzi dəyişikliklər olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Vergilər Nazirliyinin rəsmi saytında dərc olunan məlumatda detilir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin rekvizitləri aşağıdakı kimidir:

Ödənişlərin icra edilməsi zamanı ödəyici tərəfindən "A" formatlı ödəniş tapşırıqlarının B1 hissəsində Dövlət Xəzinədarlığı Agentliyinin rekvizitləri:

Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005
VÖEN: 1401555071
M/h: 0132033003944
SWİFT BİK CTREAZ 22

B2 hissəsində vəsaiti alan büdcə təşkilatının rekvizitləri (vəsait Vergilər Nazirliyinin xətti ilə yığıldığı halda Bakı şəhəri Vergilər Departamentinin rekvizitləri) əks etdirilməlidir:

Bakı şəhəri Vergilər Departamenti

Hesab №: 2117131
VÖEN: 1400305751

Həmçinin D3 hissəsində ödənişin təyinatına uyğun olaraq büdcə gəlirlərinin təsnifat kodu (6 rəqəmli), D4 hissəsində büdcə səviyyəsinin kodu (1) göstərilməlidir.

Xəbər lenti

Xəbər lenti