Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir A.Axundov/
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi bələdçilərin attestasiyası üzrə komissiya yaradıb və onun nizamnaməsini təsdiqləyib. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin Daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şixəmmədov bildirib.
"Attestasiyadan keçdikdən sonra bələdçilərə ekskursiya rəhbərinin vahid xüsusi kartoçkası verilir. Onlar yalnız həmin kartoçkaların olduğu halda ekskursiya rəhbəri kimi fəaliyyət göstərə bilərlər", - Şixəmmədov deyib.
Onun sözlərinə görə, icazəsiz işləyən bələdçilərə münasibətdə müvafiq tədbirlər həyata keçiriləcək.
"Turizm şirkətlərinə xüsusi icazəyə malik olmayan bələdçilərlə işləmək tövsiyə olunmur", - Şixəmmədov bildirib.