...

Bakıya gətirilən taksilər AVRO 4 standartına uyğundur

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2011 12:46 (UTC +04:00)
Hazırda Bakıda taksi dayanacağı üçün icazəsi olan 816 avtomobil tutumlu 61 dayanacaq var. Trend-in məlumatına görə, bu barədə "Xalq qəzeti"nə müsahibədə Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin rəhbəri Rauf Orucov deyib.
Bakıya gətirilən taksilər AVRO 4 standartına uyğundur

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Hazırda Bakıda taksi dayanacağı üçün icazəsi olan 816 avtomobil tutumlu 61 dayanacaq var. Trend-in məlumatına görə, bu barədə "Xalq qəzeti"nə müsahibədə Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin rəhbəri Rauf Orucov deyib.

Onun sözlərinə görə, paytaxta artıq bənövşəyi rəngli London Taxi TX4 markalı 100 ədəd yeni avtomobil gətirilib. İlin sonunadək onların sayı 1000 ədədə çatdırılacaq.

"Bakıya gətirilən taksilər əsasən 11 dayanacaq üzrə bölüşdürülüblər", - Orucov qeyd edib.

"[...] gələcəkdə bu səhədə üstünlük təşkil edəcək yeni avtomobillər AVRO 4 standartına uyğundur", - Orucov vurğulayıb.

Bir müddət əvvəl Azərbaycan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yeni "Baku Taxi Company" şirkəti yaradılıb.

Bu şirkət tərəfindən yeni avtomobillərdən istifadə üçün tariflər müəyyənləşdirilib. Tarif bu şəkildədir: sərnişin avtomobilə əyləşən zaman 1 manat, sonrakı hər kilometr üçün 0,7 manat, avtomobil dayandığı hər dəqiqə üçün 0,04 manat ödəyir.

"Manganese Bronze Holdings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsi olan "Shanghai LTI" şirkətinin bu taksilərinin 2011-ci ildə Bakıya tədarükü üzrə saziş London şirkəti üçün ən iri müqavilədir. Sifarişin ümumi dəyəri 27 milyon dollara yaxındır.

Azərbaycan Nəqliyyat Nazirliyindən bir qədər əvvəl bildirilmişdi ki, Bakıya ümumilikdə üç minədək yeni taksinin gətirilməsi planlaşdırlır.

Bakının və Azərbaycan regionlarının taksi ilə təmin olunması üçün müxtəlif istehsalçılardan ümumilikdə 7-8 min ədəd avtomobilin alınması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti