...

Azərbaycan Vergilər Nazirliyi elektron xidmətlərin təkmilləşdirilməsi üzrə tədbirlər planını təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2011 19:22 (UTC +04:00)
Vergilər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası məqsədilə tədbirlər planını təsdiq edib.
Azərbaycan Vergilər Nazirliyi elektron xidmətlərin təkmilləşdirilməsi üzrə tədbirlər planını təsdiq edib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Vergilər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" fərmanının icrası məqsədilə tədbirlər planını təsdiq edib. Trend-in məlumatına görə, bu barədə nazirliyin rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Plan 2011-2012-ci illərdə elektron ödənişlər sisteminin yaradılması və onun təkmilləşdirilməsi üzrə zəruri tədbirlərin görülməsini, vergi terminalları vasitəsilə göstərilən xidmətlərin, eləcə də elektron xidmətlər spektrinin genişləndirilməsi, 2011-ci ilin dekabrınadək yeni terminalların tikilməsi, 2011-2012-ci illərdə "elektron audit" sisteminin tətbiqi məqsədilə qanunvericiliyə dəyişikliklərin edilməsi haqqında təkliflərin hazırlanmasını nəzərdə tutur. Plan çərçivəsində elektron ticarətə vergi nəzarəti sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və 2011-2012-ci illərdə bu istiqamətdə təkliflərin hazırlanması da nəzərdə turulur.

Tədbirlər planı həmçinin elektron imzalar təqdim edən sertifikatlaşdırma mərkəzlərinə inteqrasiyanı nəzərdə tutur. Proses elektron imzaların tətbiqinə başlanandan iki ay sonra başlayacaq. 2011-ci ilin avqustunda elektron imzalardan istifadə olunmaqla vergi internet-idarəetmə əməliyyatlarının aparılması təmin olunacaq. 2011-ci ilin dekabrında nazirliyin internet portalı vasitəsilə onlayn-ödənişlərin həyata keçirilməsi üçün imkanların yaradılacağı gözlənilir, 2011-ci ilin sentyabrında internet vasitəsilə fiziki şəxslərin vergi orqanlarında uçota durması məqsədilə proqram təminatı hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti