...

Bakıda "Kаpital Bank"ın "Şuşa" filialı açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyun 2011 15:46 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda "Kаpital Bank" ASC-nin təmir olunmuş "Şuşa" filialının açılışı olub.
Bakıda "Kаpital Bank"ın "Şuşa" filialı açılıb

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Çərşənbə axşamı Bakıda "Kаpital Bank" ASC-nin təmir olunmuş "Şuşa" filialının açılışı olub. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

"Kаpital Bank"ın yeni filialının ofisi Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 3158/3156 məhəllə ünvanında, Azərbaycan Tennis Akademiyasının yaxınlığında fəaliyyət göstərəcək.

Filialın yerləşdiyi inzibati binada əsaslı təmir işləri aparılıb. Müştərilərə yüksək xidmət şəraitinin təmin edilməsi üçün lazımi işlər görülüb. Bina müvafiq avadanlıqlarla təchiz edilib. Filialda bankomat və digər texniki vasitələr quraşdırılıb. Müştərilər "Şuşa" filialına müraciət edərək istədikləri bank əməliyyatlarını apara bilərlər.

"Kapital Bank" arzu və ümid edir ki, filial tezliklə fəaliyyətini Şuşanın özündə davam etdirəcək və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ işğaldan azad edildikdən sonra bu regionun sosial-iqtisadi inkişafında bankın "Şuşa" filialı da özünəməxsus rol oynayacaq.

Hazırda bankın 89 filialı, 10 şöbəsi, 395 bankomatı və 412 POS-terminalı mövcuddur.

Xəbər lenti

Xəbər lenti