Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir E.İsmayılov/
Azərbaycanın "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və "Bouyges group"un tərkibinə daxil olan "Bouyges travaux publics" şirkəti çərşənbə günü Bakıda Azərbaycandakı infrastruktur layihələrdə, o cümlədən Bakı metrosunun yeni xətt və stansiyalarının çəkilişində tərəflərin əməkdaşlığını nəzərdə tutan anlaşma memorandumunu imzalayıblar.
Memorandumu "Akkord" ASC-nin baş direktoru Xaqani Quluzadə və "Bouyges travaux publics"in icraçı direktoru Jan-Pyer Marqolin imzalayıblar.
"Bouyges travaux publics" metro tunellərinin tikintisində böyük təcrübəyə malik olan dünyada məşhur tikinti şirkətlərindən biridir.
Şirkətin iştirak etdiyi layihə çərçivəsində 350 kilometrdən artıq tunel tikiləcək.