...

Azərbaycanda 13 il ərzində nəqliyyat sektoruna investisiyalar təxminən 46 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyun 2011 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda 1998-ci ildən 2010-cu ilədək nəqliyyat sektoruna investisiyaların həcmi doqquz milyard manatı ötüb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Statistika Komitəsinin tikinti sektoru üzrə hesabatında deyilir.

Əgər 1998-ci ildə nəqliyyat sektoruna 4,8 faizlik xüsusi çəkidə kapital qoyuluşları ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcminin təxminən 53 milyon manatını təşkil edirdisə, 2010-cu ildə bu göstərici 2,43 milyard manatı (24,6 faiz) ötüb.

Ötən il investisiyaların böyük hissəsi (1,7 milyard manata yaxın) anbar təsərrüfatına və yardımçı nəqliyyat fəaliyyətinə yönəldilib. 511,1 milyon manat yerüstü və boru kəmərləri nəqliyyatının inkişafına qoyulub.

Ötən il 214,1 milyon manata yaxın vəsait hava nəqliyyatının inkişafına, 163 milyon manata yaxın vəsait - şəhər nəqliyyatının (avtobuslar, metro və taksilər), 3,37 milyon manat dəmiryol nəqliyyatının inkişafına yönəldilib.

İyunun 30-na olan rəsmi məzənnə 0,7867 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti