...

Vergilər Nazirliyi fiziki şəxslərin onlayn qeydiyyatına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 14:22 (UTC +04:00)
Azərbaycan Vergilər Nazirliyi iyulun 1-də ilk dəfə olaraq fiziki şəxslərin onlayn qeydiyyatını həyata keçirib.
Vergilər Nazirliyi fiziki şəxslərin onlayn qeydiyyatına başlayıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan Vergilər Nazirliyi iyulun 1-də ilk dəfə olaraq fiziki şəxslərin onlayn qeydiyyatını həyata keçirib.

İndi Azərbaycanda fiziki şəxslər nazirliyin orqanlarına müraciət etmədən Vergilər Nazirliyində 3-5 dəqiqə ərzində qeydiyyatdan keçə bilərlər. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı şəhər Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin rəhbəri Nigar Alimova deyib.

"Bu, Vergilər Nazirliyinin sahibkarlığın beynəlxalq standartlara uyğun qeydiyyatı prosesinin tam uyğunlaşdırılması üzrə tədbirlərin davamıdır", - o qeyd edib.

Sistemin proqram təminatı artıq hazırdır və sınaq rejimdə yoxlanılıb.

"Onlayn qeydiyyatın tətbiqi sayəsində fiziki şəxslər uçota istifadəçi kodu vasitəsilə alınacaqlar. 18 yaşı tamam olan və şəxsiyyət vəsiqəsi alan istənilən Azərbaycan vətəndaşı onlayn rejimdə qeydiyyatdan keçə bilər", - Alimova bildirib.

Onun sözlərinə görə, qeydiyyat hazırda ölkədə 27 vergi terminalları vasitəsilə həyata keçirilə bilər.

"Qeydiyyatı təsdiq edən sənəd Vergilər Nazirliyində olacaq və qeydiyyatdan keçən istənilən şəxs nazirliyə müraciət edə və bu sənədi ala bilər", - Alimova vurğulayıb.

Xəbər lenti

Xəbər lenti