...

Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində kollegiya iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 14:28 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsində iyunun 30-da kollegiya iclası keçirilib. Bu barədə Trend-ə komitədən məlumat verilib.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində kollegiya iclası keçirilib

Azərbaycan, Bakı, 1 iyul /Trend/

Əmlak Məsələləri Dövlət Komitəsində iyunun 30-da kollegiya iclası keçirilib. Bu barədə Trend-ə komitədən məlumat verilib.

Kollegiya iclasında müzakirə olunan məsələlərdən biri "Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə bağlı idi. Kolleqiya iclasında modern və çevik idarəetmənin, fəzliyyət prosesində şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədi ilə Prezident İlham Əliyevin dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi sahəsində verdiyi tapşırıqların komitədə də icrasının operativ şəkildə həyata keçirilməsinin vacibliyi komitə sədri tərəfindən vurğulanmışdır.

Kollegiya iclasında komitənin fəaliyyət istiqamətləri üzrə elektron xidmətlərin təşkili ilə bağlı artıq müvafiq hazırlıq işlərinin həyata keçirildiyi bildirilmişdir. Bu məqsədlə komitədə müvafiq komissiya da yaradılmışdır. Belə ki, komitənin əsasnaməsi ilə müəyyən edilmiş vəzifə və funksiyaların icrası zamanı müvafiq istiqamətlər üzrə elektron xidmətlərin tətbiqi məsələsinin təhlil edildiyi vurğulanmışdır. Elektron xidmətlərin tətbiqi ilə bağlı müasir informasiya-texnologiya sistemlərinin tətbiqi, tələblərin formalaşdırılması, proqram təminatının hazırlanması ilə bağlı təkliflər hazırlanmışdır.

Kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası məqsədi ilə Komitədə daimi fəaliyyət göstərən Əlaqələndirmə Komissiyası tərəfindən Tədbirlər Planına uyğun olaraq 2011-ci ilin I yarısında görülən işlər barədə də məlumat verilmişdir. Qeyd edilmişdir ki, proqramın qəbulu və icrası nəticəsində dövlət əmlakının qeydiyyatı və uçotu sistemi təkmilləşdirilmiş, dövlət əmlakından təyinatdan kənar və səmərəsiz istifadə halları minimuma endirilmiş, dövlət müəssisələrinin yaradılması və fəaliyyətinin tənzimlənməsi sahəsində siyasət tarazlaşdırılmışdır.

Dövlət müəssisə və təşkilatlarının əmlakının və istifadəsində olan torpaq sahələrinin texniki inventarlaşdırılmasının həyata keçirilməsi, texniki pasport və kadastr planlarının tərtib olunması ilə bağlı mülkiyyət növündən asılı olmayaraq ölkənin bütün ərazisində daşınmaz əmlakın texniki inventarlaşdırılması, qiymətləndirilməsi və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınması istiqamətində zəruri işlər davam etdirilmişdir.

Eyni zamanda kollegiya iclasında Azərbaycan Respublikası Prezidentinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il 28 iyul tarixli Sərəncamının icrası istiqamətində ötən dövr ərzində həyata keçirilən tədbirlər müzakirə edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" müvafiq Sərəncamının icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 2011-ci il üçün Tədbirlər Planı təsdiq edilmişdir. Milli Strategiyanın icrası ilə bağlı komitə tərəfindən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın kadastrının və ünvan reyestrinin aparılmasının təkmilləşdirilməsi, fəaliyyət proseslərində qanunçuluğun, vətəndaşların hüquq və azadlıqlarının daha səmərəli şəkildə təmin olunması, şəffaflığın daha da artırılması sahəsində 2011-ci ilin I yarısında müvafiq tədbirlər görülmüşdür.

Qeyd edilmişdir ki, komitəyə daxil olan müraciətlərə baxılması işinin daha da təkmilləşdirilməsi, onların daha effektiv araşdırılması istiqamətində müvafiq işlər həyata keçirilmişdir. Vətəndaş müraciətlərinə baxılmasının sürətləndirilməsi, operativ sənəd mübadiləsinin təşkili, sənədlərlə işin keyfiyyətinin, sürətinin və icra fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə müasir informasiya-kommunikasiya texnologiyaları tətbiq olunmaqla Avtomatlaşdırılmış Sənəd Dövriyyəsi İnformasiya Sistemi (ASDİS) qurulmuş və artıq 2011-ci ilin yanvar ayından istifadəyə verilmişdir.

Qeyd edilmişdir ki, müraciətlərin qəbulu, baxılması və cavablandırılmasında çevikliyin və şəffaflığı təmin etmək məqsədi ilə komitədə və tabeliyində olan qurumlarda müraciətlərin elektron poçt ünvanı vasitəsi ilə qəbulu və cavablandırılması təmin edilir. 2011-ci ilin I yarısında komitənin rəsmi internet səhifəsi vasitəsi ilə vətəndaşlardan 70-ə yaxın müraciət daxil olmuşdur və cavablandırılmışdır. Komitənin 193 nömrəli qaynar xəttinə cari ilin I yarısında 300-ə yaxın müraciət daxil olmuşdur. Daxil olmuş müraciətlərin əksəriyyəti sorğu xarakterli olmuşdur.

Məlumat azadlığından istifadənin və məlumat əldə edilməsi qaydalarının və üsullarının təkmilləşdirilməsi, habelə məlumat əldə edilməsi üzrə məsul olan struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı da tədbirlər görülmüşdür. Bu sahədə işlərin səmərəliliyinin artırılması məqsədi ilə müxtəlif treninqlərin keçirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsində işləyən dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydaları ilə əlaqədar müvafiq işlər görülmüşdür. Komitədə işçilər üçün təlim seminarlarının keçirilməsi məqsədi ilə plan-qrafik təsdiq edilmişdir. Bu plan-qrafikə uyğun olaraq işçilər üçün dövlət qulluqçularının etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması, dövlət əmlakının idarə edilməsi, icarəyə verilməsi və özəlləşdirilməsi sahəsində qanunvericiliyin izah edilməsi, peşəkarlığın və məsuliyyətin artırılması, sənədləşdirmə işinin səmərəliliyinin təmin edilməsi, informasiya texnologiyalarından istifadənin mənimsənilməsi mövzularında seminar və treninqlər təşkil edilir.

Özəlləşdirmə prosesində bütün şəxslərin bərabərhüquqlu iştirakının təmin edilməsi, hərracların keçirilməsi üçün prosedurların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması və özəlləşdirmə prosesində maraqlar toqquşmasının qarşısının alınması üçün müvafiq tədbirlər görülmüşdür. Dövlət əmlakının özəlləşdirilməsinin yeni mexanizmlərinin tətbiqi ilə əlaqədar ixtisaslaşdırılmış pul hərraclarının keçirilməsi və dövlət əmlakının əmək kollektivinə güzəştli satışını tənzimləyən normativ sənədlər, formalar və təlimatlar təsdiq edilmiş və bu istiqamətdə əməli tədbirlər həyata keçirilir.

İclasda bildirilib ki, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan təyinatı üzrə səmərəli istifadə edilməsi, daşınar dövlət əmlakının icarəyə və istifadəyə verilməsi, dövlət, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması, dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması, müəssisələrdən hesabatların və inventarizasiya aktlarının alınması və təhlili istiqamətində işlər həyata keçirilmişdir.

İclasın sonunda komitə sədri tərəfindən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı əhaliyə göstərilən xidmət keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılması, bu sahədə şəffaflıqın və səmərəliliyin daha da artırılması məqsədi ilə komitədə elektron xidmətlərin tətbiqinin reallaşdırılması və bu sahədə görülən işlərin daha da sürətləndirilməsi ilə bağlı tapşırıqlar verildi. Eyni zamanda fəaliyyət proseslərində şəffaflığın və səmərəliliyin daha da artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinin daim diqqət mərkəzində saxlanılması və bu sahədə nəzarətin daha da gücləndirilməsinin vacibliyi qeyd edildi. Kollegiya iclasında komitəyə daxil olan vətəndaş meraciətlərinin mahiyyəti üzrə araşdırılaraq qanunvericilik əsasında vaxtında cavablandırılması və bu sahədə ləngimələrin aradan qaldırılması tapşırıqları verildi.

Həmçinin i ctimaiyyətlə əlaqələrin güclən dirilməsi, informasiya işinin nəzarətdə saxlanılması, ictimai məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyi qeyd edilmişdir.

Xəbər lenti

Xəbər lenti