...

"Bir pəncərə" prinsipinin tətbiqinə başlanandan Bakıda 11 mindən çox hüquqi şəxs fəaliyyət göstərməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2011 17:25 (UTC +04:00)
Vergilər Nazirliyində "bir pəncərə" prinsipinin tətbiqinə başlanandan Bakıda 11 mindən artıq hüquqi şəxs fəaliyyət göstrəməyə başlayıb, eləcə də 21 mindən çox hüquqi şəxsin sənədlərinə yenidən baxılıb.
"Bir pəncərə" prinsipinin tətbiqinə başlanandan Bakıda 11 mindən çox hüquqi şəxs fəaliyyət göstərməyə başlayıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir A.Axundov/

2008-ci ilin əvvəlindən Azərbaycan Vergilər Nazirliyində "bir pəncərə" prinsipinin tətbiqinə başlanandan Bakıda 11 mindən artıq hüquqi şəxs fəaliyyət göstrəməyə başlayıb, eləcə də 21 mindən çox hüquqi şəxsin sənədlərinə yenidən baxılıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və Qeydiyyat İdarəsinin rəisi Nigar Alimova deyib.

"Bir pəncərə" prinsipi tətbiq olunanadək hüquqi şəxslərin qeydiyyatdan keçmələri üçün iki aya qədər vaxt tələb olunurdu. Sahibkarlığa başlayan şəxs 13 prosedurdan keçməli, müxtəlif strukturlara eyni tipli sənədlər təqdim etməli idi ki, bu da bürokratik əngəllərin yaranmasına gətirib çıxarırdı.

"Bir pəncərə" prinsipinin tətbiq olunması nəticəsində biznesə başlamaq üçün qeydiyyat prosedurlarının sayı altıyadək, tələb olunan vaxt səkkiz, eləcə də qeydiyyat üçün lazım olan vaxt üç günədək, təqdim olunan sənədlərin sayı isə beş dəfəyədək azalıb.

Vergilər Nazirliyində "bir pəncərə" prinsipinin tətbiq olunmasına başlanandan ümumilikdə 140 min təsərrüfat subyekti qeydiyyata alınıb ki, bunun da 16 mindən çoxu kommersiya hüquqi şəxsdir.

Xəbər lenti

Xəbər lenti