...

Azərbaycanda biznesin onlayn-qeydiyyatının tətbiqi hər il 1 milyon manat qənaət etməyə imkan verəcək - Vergilər Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2011 13:10 (UTC +04:00)
İlkin qiymətləndirmələrə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn-qeydiyyatının tətbiqi Azərbaycanın vergi orqanlarına hər il 1 milyon manata yaxın vəsaitə qənaət etməyə imkan verəcək.
Azərbaycanda biznesin onlayn-qeydiyyatının tətbiqi hər il 1 milyon manat qənaət etməyə imkan verəcək - Vergilər Nazirliyi

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir N.İsmayılova/

İlkin qiymətləndirmələrə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn-qeydiyyatının tətbiqi Azərbaycanın vergi orqanlarına hər il 1 milyon manata yaxın vəsaitə qənaət etməyə imkan verəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Vergilər Nazirliyi yanında Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fətizadə bildirib.

Vergilər Nazirliyi iyulun 1-dən ilk dəfə olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin onlayn-qeydiyyatının tətbiqinə başlayıb.

"Əgər 2010-cu ilin birinci yarısında 18 684 sahibkarlıq subyekti qeydiyyata alınmışdısa, cari ilin birinci yarısında onların sayı 30 809-a çatıb, - Fətizadə deyib. - Fiziki şəxslərin elektron qeydiyyatının tətbiqinin ilk yeddi günü ərzində nazirliyin saytından 75 fiziki şəxs vergiödəyicinin tanınma nömrəsini alıb".

Ehtimal olunur ki, qeydiyyatın bu növünün tətbiqi vergiödəyicilərin sayının daha da artmasına imkan verəcək. Onun sözlərinə görə, elektron qeydiyyatın tətbiqi qeydiyyatla bağlı vaxt itkisini iki gündən 2-3 dəqiqəyədək azaltmağa, vergi orqanlarının fəaliyyətinin effektivliyini artırmağa imkan verəcək.

Qeydiyyat hazırda ölkədə sayı 27 olan vergi terminalları vasitəsilə həyata keçirilə bilər. Qeydiyyatı təsdiqləyən sənəd VN-də olacaq və qeydiyyatdan keçən istənilən şəxs idarəyə müraciət edərək bu sənədi ala bilər.

İyulun 7-nə olan rəsmi məzənnə 0,7870 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti