...

Yanvar-mayda Azərbaycanın dövlət büdcəsinin profisiti ÜDM-in 6,5 faizini təşkil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2011 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir L.Abdullayeva/

2011-ci ilin yanvar-mayında Azərbaycanın dövlət büdcəsinin mədaxil hissəsinə faktiki daxilolmalar ötən ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz artaraq 4825,2 milyon manat (ÜDM-in 27,4 faizi) təşkil edib. Bu barədə Trend-ə hökumətdən bildirilib.

Dövlət büdcəsinin xərcləri 3,5 faiz artaraq 3683 milyon manat (ÜDM-in 20,9 faizi) olub. Yanvar-mayda büdcənin profisiti 1142,2 milyon manat olub ki, bu da ÜDM-in 6,5 faizini təşkil edib.

Strukturda gəlirin 46,7 faizi (2252,9 milyon manat) Vergilər Nazirliyinin hesabına təmin edilib. Gömrük rüsumları və vergilərindən 441,8 milyon manat (9,2 faizlik xüsusi çəki), digər mənbələrin hesabına gələn gəlir isə 2130,5 milyon manat (44,1 faiz) təşkil edib.

Hesabat dövrü ərzində ƏDV-dən 844,5 milyon manat gəlir daxil olub ki, bu da ümumi gəlirin 17,5 faizini təşkil edir. Mənfəət vergisi 1051,8 milyon manat (21,8 faiz), gəlir vergisi 258,3 milyon manat (5,3 faiz), aksiz vergisi 131,4 milyon manat (2,7 faiz), əmlak vergisi 46,1 milyon manat (1 faiz), yeraltı sərvətlər vergisi 51,6 milyon manat (1,1 faiz), torpaq vergisi üzrə 16,1 milyon manat (0,3 faiz), xarici iqtisadi fəaliyyətə görə vergi isə 156,1 milyon manat (3,2 faiz) təşkil edib.

Əhalinin sosial müdafiəsi və təminatına dövlət büdcəsindən yanvar-mayda 594,5 milyon manat (16,1 faizlik xüsusi çəki) xərclənib. Təhsilə 454,5 milyon manat (12,3 faiz), səhiyyəyə 151,8 milyon manat (4,1 faiz), prokurorluq, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının saxlanmasına 243,3 milyon manat (6,6 faiz), mədəniyyət, incəsənət, informasiya sahəsi və fiziki tərbiyəyə 60,6 milyon manat (1,7 faiz), iqtisadiyyata investisiya qoyuluşuna isə 1297,1 milyon manat (35,2 faiz) xərclənib.

Qoyulan kapitalın ümumi həcminin 73,9 milyon manatı (2 faiz) kommunal xərclərə, 141,8 milyon manatı (3,9 faiz) kənd, meşə təsərrüfatı və balıqçılığa, 996,7 milyon manatı sənaye, tikinti və faydalı qazıntılara (27,1 faiz), 18,9 milyon manat isə (0,5 faiz) nəqliyyat və rabitəyə yönəldilib.

Dövlət xərclərinin 41,2 faizi (1516,0 milyon manat) əməkhaqqı, pensiyalar və maddi yardımın ödənilməsinə sərf edilib.

Xəbər lenti

Xəbər lenti