...

Azərbaycan və Belarus nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2011 18:51 (UTC +04:00)
Azərbaycanın Nəqliyyat Nazirliyi Belarusun Baş naziri Mixail Myasnikoviçin rəhbərlik etdiyi Belarus nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycandakı vaqonların təmir bazasının yaradılması üzrə birgə müəssisənin açılması imkanlarını müzakirə edib.
Azərbaycan və Belarus nəqliyyat sahəsində əməkdaşlığı müzakirə ediblər - nazir

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Azərbaycanın Nəqliyyat Nazirliyi Belarusun Baş naziri Mixail Myasnikoviçin rəhbərlik etdiyi Belarus nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində Azərbaycandakı vaqonların təmir bazasının yaradılması üzrə birgə müəssisənin açılması imkanlarını müzakirə edib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Ziya Məmmədov məlumat verib.

Onun sözlərinə görə, tərəflər Azərbaycanın dəmiryollarının ehtiyacları üçün yeni vaqonların alınması və mövcud vaqonların təmiri imkanlarını müzakirə ediblər.

Bir müddət əvvəl Belarusun nəqliyyat və kommunikasiyalar naziri İvan Şerbo bildirib ki, hər iki tərəflə Qomel təmir zavodunun iştirakı ilə sərnişin vaqonlarının əsaslı bərpa və təmirinin təşkili üzrə layihə müzakirə olunur. Məlumatı BELTA agentliyi yayıb.

Şerbonun fikrincə, iki ölkənin nəqliyyatçılarının əməkdaşlığı sahəsində nisbətən böyük potensial məhz tranzit sektorunda mövcuddur. "Biz bu sahədə tərəfdaşlıq məsələlərini müzakirə edirik, burada qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün böyük perspektivlər və imkanlar var", - nazir qeyd edib.

"Biz Azərbaycan kapitalının nəqliyyat-logistika mərkəzlərinin inkişafına cəlb edilməsində maraqlıyıq. Artıq azərbaycanlı sərmayədarların belə layihələrdə iştirak etmək niyyətləri var", - nazir deyib.

Onun sözlərinə görə, Belarus tərəfindən Baltikyanı ölkələrə çıxmaqla Çin-Qazaxıstan-Rusiya nəqliyyat istiqaməti uğurla mənimsənilib.

"Bizim növbəti istiqamətimiz İrana və daha sonra Hindistana çıxmaqla Azərbaycandır", - Şerbo bildirib.

Xəbər lenti

Xəbər lenti