...

DəmirBank-dan pul köçürmələri üzrə növbəti 16 müştəri lotereyada pul qazandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2011 16:03 (UTC +04:00)
DəmirBank-ın pul köçürmələri üzrə uduş kampaniyasının 4-cü tirajında 16 qalib müştəri müəyyən edilib.
DəmirBank-dan pul köçürmələri üzrə növbəti 16 müştəri lotereyada pul qazandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 18 iyul /Trend/

DəmirBank-ın pul köçürmələri üzrə uduş kampaniyasının 4-cü tirajında 16 qalib müştəri müəyyən edilib. Trend-in məlumatına görə, bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda deyilir.

Bu müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul məbləği udub. Qaliblərin siyahısı bankın internet saytında verilir. Bank həmçinin qaliblərə telefonla məlumat verir.

Pul köçürmələri üzrə uduş kampaniyası 6 ay davam edəcək. Kampaniyanın növbəti tirajı 15 avqust tarixində keçiriləcək.

DəmirBank-ın istənilən filialında "Western Union", "Coinstar", "Contact", "Blizko", "PrivatMoney", "Bıstraya poçta", "Zolotaya korona" və ya "Şimşək" sistemi ilə ən azı 300 manat, 300 ABŞ dolları, 300 avro və ya 9000 rus rublu məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir.

"DəmirBank-da pul köçürmələri üzrə həyata keçirilən Uduş kampaniyası və Mobil Danışıq Kartı Hədiyyə aksiyası müştərilərimizin məmnuniyyətinin artırılmasına xidmət edir. Uduş kampaniyası çərçivəsində 64 müştəri artıq pul mükafatı qazanıb. Biz uduş kampaniyasının qaliblərini təbrik edirik və növbəti ay kampaniyanın 5-ci tirajında bütün digər müştərilərimizə də uğurlar arzulayırıq", - bankın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Hazırda DəmirBank-ın 31 filial və şöbəsi fəaliyyət göstərir. Onlardan 13-ü paytaxt Bakı şəhərində, 18-i isə ölkənin Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşir.

Xəbər lenti

Xəbər lenti