...

Azərbaycanda gəlirlə işləyən bankların sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir N.İsmayılova/

Mayda Azərbaycanda gəlirlə işləyən bankların sayı 34 ədəd olub. Bu, aprel ayı ilə müqayisədə 2 bank, ötən ilin analoji dövrü ilə müqayisədə isə 4 bank çoxdur. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib. Azərbaycanda 44 bank fəaliyyət göstərir.

May ayı üzrə bank sisteminin ümumi gəlirləri 77,77 milyon manat təşkil edib. Bu, aprel ayının göstəricilərinə nisbətdə 65 faiz çoxdur.

Zərərlə işləyən bankların sayı aprelə nisbətən iki və illik hesablamada 7 bank azalıb. Nəticədə 10 bankın zərəri 15,1 milyon manat təşkil edib ki, bu da aprel ayıına olan göstəricidən 4,4 faiz azdır.

Bankların fəaliyyətinin maliyyə nəticələri (vergilərin ödənilməsindən sonra) milyon manatla:

Dövrlər

Gəlirlə işləyən bankların sayı

Bank sisteminin ümumi gəliri (gəlirli banklar üzrə)

Ziyanla işləyən bankların sayı

Bank sisteminin ümumi zərəri (zərərlə işləyən banklar üzrə)

Yekun gəlir (+) və ya zərər (-)

01-06-2010

30

85,03

17

24,6

60,48

01-06-2011

34

77,77

10

15,1

62,68

İyulun 19-na olan rəsmi məzənnə 0,7862 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti