...

"Flydubai" Səudiyyə Ərəbistanının şərq vilayətinə reys açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2011 20:04 (UTC +04:00)
"Flydubai" Səudiyyə Ərəbistanının iri neft mərkəzi olan Dəmmam şəhərinə uçuşlara başladı.
"Flydubai" Səudiyyə Ərəbistanının şərq vilayətinə reys açdı

Azərbaycan, Bakı, 19 iyul /Trend/

"Flydubai" Səudiyyə Ərəbistanının iri neft mərkəzi olan Dəmmam şəhərinə uçuşlara başladı. Bu barədə çərşənbə axşamı aviaşirkətdən Trend-ə verilən məlumatda deyilir.

Dubaydan yola düşən FZ863 nömrəli reys Dəmmamın "Kral Fəhd" beynəlxalq hava limanında yerə endi. Daim artan biznes əlaqələrə dəstək verəcək yeni gündəlik reys, ticarət mübadilələri ildən-ilə böyüyən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək.

"Flydubai" şirkətinin baş meneceri Qeyt əl-Qeyt yeni istiqamətin açılışını şərh edərkən deyib: "Turizm sahəsinin inkişafı Səudiyyə Ərəbistanı hökumətinin əsas prioritetlərindən biri olaraq, ölkənin qeyri-neft sektorunun artırılması və iqtisadiyyatın təkmilləşdirilməsini təmin edir. Bu marşrutun açılması ilə biz ölkələrimiz arasında ikitərəfli ticarət münasibətlərinin daha da möhkəmlənməsinə və yeni sahələrdə tərəfdaşlığımızın inkişafına nail olmağımıza ümid edirik".

2010-cu ildə Ərəb ölkələri Əməkdaşlıq Şurası çərçivəsində Səudiyyə Ərəbistanı BƏƏ-nin əsas ticarət tərəfdaşı olub. İki dövlət arasındakı ticarət həcmi 21,1 mlrd. dirhəm (6,09 mlrd. ABŞ dolları) təşkil edib.

Geniş daxili, beynəlxalq-dini və biznes turizmin vüsət alması nəticəsində Səudiyyə Ərəbistanı regionun ən sürətlə inkişaf edən turizm məkanına çevrilib. 2015-ci ilə qədər ölkəni ziyarət edən turistlərin sayının ildə 6,7% artması gözlənilir. Yaxın dörd ildə Səudiyyə Ərəbistanını indikindən 10 mln. çox turist ziyarət edəcək.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti