...

Bakıda Azərbaycan-Polşa biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2011 19:07 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkil etdiyi Azərbaycan-Polşa biznes forumu iyulun 25-də Bakıda keçiriləcək.
Bakıda Azərbaycan-Polşa biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkil etdiyi Azərbaycan-Polşa biznes forumu iyulun 25-də Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə AZPROMO-nun saytında dərc olunmuş məlumatda deyilir.

Biznes forumda iştirak etmək üçün Bakıya kənd təsərrüfatı və qida sənayesi, maliyyə, sənaye, bankçılıq, sığorta və digər sahələrdə fəaliyyət göstərən 20-yə yaxın polşalı iş adamı qatılacaq.

2010-cu ilin yekunları üzrə Azərbaycanla Polşa arasında mal dövriyyəsi 31,5 milyon dollar, 2011-ci ilin yanvar-mayında isə 22,6 milyon dollar təşkil edib ki, bu da ötən il ərzində ölkələr arasındakı xarici ticarətin ümumi həcminin 71,7 faizini təşkil edir.

Forumda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat almaq üçün AZPROMO-ya müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Vüsal Kərimli (e-mail: [email protected]); tel: (012) 598-01-47 (daxili: 102); faks: (012) 598-01-52; Mob.: (050) 245-17-88).

Xəbər lenti

Xəbər lenti