Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir N.İsmayılova/
İyunun 1-nə manatla depozitlər üzrə orta dərəcə 10,98 faiz təşkil edib. Bu göstərici mayın 1-nə 10,96 faiz, 2010-cu il iyunun 1-nə isə 11,2 faiz təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumatda deyilir.
Xarici valyutada depozitlər üzrə orta dərəcə 11,35 faiz olub. Bu göstərici müvafiq olaraq 11,2 faiz və 10,87 faiz təşkil edib.
İyunun 1-nə fiziki şəxslərin manatla depozitləri üzrə orta dərəcə 11,66 faiz olub. Bu göstərici mayın 1-nə 11,66 faiz, 2010-cu il iyunun əvvəlinə isə 12,91 faiz təşkil edib. Fərdi müştərilərin xarici valyutada depozitləri üzrə orta dərəcə 11,5 faizə bərabər olub. Bu göstərici müvafiq olaraq 11,29 faiz və 12,65 faiz təşkil edib.
İyunun əvvəlinə hüquqi şəxslərin yerli valyutada depozitləri üzrə orta dərəcə 6,24 faiz, mayın 1-nə 6,35 faiz və 2010-cu il iyunun 1-nə isə 5,4 faiz təşkil edib. Korporativ müştərilərin xarici valyutada depozitləri üzrə orta dərəcə 7,88 faizə bərabər olub. Bu göstərici müvafiq olaraq 9,03 faiz və 5,97 faiz təşkil edib.