...

Xarici səhmdarların Azərbaycan bankına daxil olması ilə bağlı sövdələşmə sona yaxınlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2011 15:04 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Rabitəbank"ın 3,37 milyon manat məbləğində adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb.
Xarici səhmdarların Azərbaycan bankına daxil olması ilə bağlı sövdələşmə sona yaxınlaşır

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Rabitəbank"ın 3,37 milyon manat məbləğində adi sənədsiz adlı səhmlərinin emissiya prospektini qeydə alıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi dövlət komitəsinin saytında dərc edilən məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20,29 manat olan 165 988 səhm buraxılıb. Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 19,37 milyon manatadək artacaq.

Səhmlərin emissiyası Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankının səhmdarların sırasına daxil olması ilə bağlı elan edilib.

2010-cu ilin sentyabrında "Rabitəbank" Beynəlxalq Maliyyə Korporasiyası və AYİB ilə onların Azərbaycan bankının səhmdarları sırasına daxil olması haqqında investisiya sazişi imzalayıb. Bu maliyyə institutları hər biri 12,5 faiz olmaqla 25 faiz + 1 səhmə bərabər səhmlər paketini alıblar. Sövdələşmənin ümumi məbləği 4 milyon manatdır.

"Rabitəbank" 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən kommersiya bankıdır. O, Azərbaycanda BMK-nın iştirak payı alacağı dördüncü bank olub.

Bank BMK və AYİB ilə 1999-cu ildən əməkdaşlıq edir. Bankın səhmlər paketi (86,1 faiz) bu vaxtadək bankın idarə heyətinin sədri Zakir Nuriyevə məxsus olub.

İyulun 25-nə olan rəsmi məzənnə 0,7865 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti