...

İlin I yarısında Azərbaycanda 37 milli standart qəbul edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2011 10:50 (UTC +04:00)
İlin I yarısında Azərbaycanda Texniki Komitələr, Azərbaycan Standartları İnstitutu, dövlət və özəl təşkilatlar tərəfindən hazırlanan 37 milli standart qəbul edilib.
İlin I yarısında Azərbaycanda 37 milli standart qəbul edilib

Azərbaycan, Bakı, 26 iyul / Trend, müxbir A.Axundov /

İlin I yarısında Azərbaycanda Texniki Komitələr, Azərbaycan Standartları İnstitutu, dövlət və özəl təşkilatlar tərəfindən hazırlanan 37 milli standart qəbul edilib. Trend-in məlumatına görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bazar ertəsi yaydığı məlumatda deyilir.

İlin I yarısında 66 kəşf, altı faydalı model, 15 sənaye nümunəsi, eləcə də 637 əmtəə nişanı haqqında patent qeydiyyata alınıb. Bundan əlavə, iki əmtəə nişanı üzrə iddia sənədi hüququ, dörd beynəlxalq əmtəə nişanından istifadəyə dair lisenziya müqaviləsi və 25 əmtəə nişanı üzrə hüquq verilib.

Bu ilin altı ayı ərzində kalibrləmə üzrə 30 sınaq laboratoriyası akkreditə olunub və dövlət reyestrinə daxil edilib. Habelə 49 akkreditə olunmuş laboratoriyanın attestatlarının fəaliyyət müddəti uzadılıb.

Xəbər lenti

Xəbər lenti