...

"Akkord" beynəlxalq reytinq almağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2011 17:18 (UTC +04:00)
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 2011-ci ilin sonunadək beynəlxalq reytinq almağı planlaşdırır.
"Akkord" beynəlxalq reytinq almağı planlaşdırır

Azərbaycan, Bakı, 26 iyul /Trend/

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC 2011-ci ilin sonunadək beynəlxalq reytinq almağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə ASC-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"ASC artıq reytinqin alınması üçün dünyanın aparıcı reytinq agentlikləri ilə danışıqlara başlayıb. Reytinqin alınması ASC-nin indiki vəziyyətini obyektiv qiymətləndirməyə, eləcə də təkmilləşdirilməni tələb edən sahələri müəyyən etməyə imkan verəcək", - məlumatda deyilir.

Bu əhəmiyyətli təşəbbüs Korporasiya üçün beynəlxalq bazarlara çıxış imkanlarını daha da genişləndirəcək və investorların, bankların və digər maraqlı şəxslərin ona olan etibarını gücləndirəcək.

"Son vaxtlar Korporasiya regionda irimiqyaslı layihələrin həyata keçirilməsi ilə əlaqədar iri biznes təşkilatların diqqət mərkəzindədir", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti