...

Azərbaycanda dondurma bazarının monitorinqi davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2011 19:24 (UTC +04:00)
Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edildiyi, etiketlərində məhsulun qida və enerji dəyəri haqqında məlumatların göstərilmədiyi aşkar edilib.
Azərbaycanda dondurma bazarının monitorinqi davam edir

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən İlham Məmmədova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı dondurmaların müvafiq reseptura və gigiyenik sertifikatları olmadan istehsal edildiyi, etiketlərində məhsulun qida və enerji dəyəri haqqında məlumatların göstərilmədiyi aşkar edilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Bundan başqa, istehsal edilən məhsulların keyfiyyət və təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi üçün müvafiq laboratoriyanın olmadığı və dondurmaların laborator müayinədən keçirilmədən satışa çıxarıldığı müəyyən olunub.

Qanun pozuntuları ilə əlaqədar dondurma istehsalının, habelə yoxlama zamanı aşkar edilmiş 1351 kq dondurmanın satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması barədə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti