...

Azərbaycanın "Qarant Sığorta" şirkəti 2011-ci ildə icbari sığorta növləri üzrə ödənişləri 2 dəfədən çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2011 14:23 (UTC +04:00)
İlin birinci yarısı ərzində Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta"nın topladığı sığorta haqları 3 milyon manata yaxın olub. Trend-in məlumatına görə, bu barədə cümə günü mətbuat konfransında şirkətin idarə heyətinin sədr müavini Fuad Allahverdiyev deyib.
Azərbaycanın "Qarant Sığorta" şirkəti 2011-ci ildə icbari sığorta növləri üzrə ödənişləri 2 dəfədən çox artırıb

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir A.Bədəlova/

İlin birinci yarısı ərzində Azərbaycanın sığorta şirkəti "Qarant Sığorta"nın topladığı sığorta haqları 3 milyon manata yaxın olub. Trend-in məlumatına görə, bu barədə cümə günü mətbuat konfransında şirkətin idarə heyətinin sədr müavini Fuad Allahverdiyev deyib.

Altı ay ərzində sığorta ödənişləri şirkət tərəfindən 610,515 min manat məbləğində həyata keçirilib. Bu, ötən ilin analoji dövr göstəricisindən 42 faiz çoxdur.

"Altı ay ərzində sığortanın icbari növləri üzrə ödənişlər 2 dəfədən çox artıb. Sığortanın könüllü növləri üzrə artım 40 faizə yaxın olub", - Allahverdiyev qeyd edib.

Onun sözlərinə görə, bu il ərzində yığılan 448,122 min manat məbləğində sığorta haqları sığortanın icbari növlərinin payına düşür. Bu, 2010-cu ilin birinci yarısındakından 17 faiz çoxdur.

"Sığortanın könüllü növləri üzrə yığımlar bu müddət ərzində dəyişməz olaraq 2,5 milyon manat səviyyəsində qalıb", - Allahverdiyev əlavə edib.

Hesabat dövrü ərzində şirkətin vergi ödənişləri 248 faiz artıb. İlin birinci yarısında şirkət dövlət büdcəsinə 219,057 min manat ödəyib.

"Qarant Sığorta" sığorta şirkəti Azərbaycan Maliyyə Nazirliyindən sığorta fəaliyyətinə görə lisenziyanı 2007-ci ilin noyabrında alıb. "Qarant Sığorta" "ZQAN Holding"in tərkibinə daxildir.

İyulun 29-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti