...

Azərbaycanda brokerlərin renkinqinə "Yapi Kredi İnvest" başçılıq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2011 17:44 (UTC +04:00)
Brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Yapi Kredi" MMC başçılıq edib.
Azərbaycanda brokerlərin renkinqinə "Yapi Kredi İnvest" başçılıq edib

Azərbaycan, Bakı, 2 avqust /Trend/

2011-ci ilin iyulunda dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqinə göstərilmiş xidmətlərin həcminə görə "Yapi Kredi" MMC başçılıq edib; şirkət 1 müştəriyə ümumi dəyəri 13,04 milyon manat məbləğində broker xidməti göstərib. Trend-in məlumatına görə, bu barədə birjanın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

İkinci yeri isə 1 müştəriyə ümumi həcmi 5,5 milyon manat məbləğində broker xidmətləri göstərən "Respublika İnvest" MMC tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 5,3 milyon manat məbləğli "Texnika Kapital Menecment" MMC qərarlaşıb.

2011-ci il iyul ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi:

Xidmətlərin həcminə görə cari yeri

Xidmətlərin həcminə görə əvvəlki yeri

Brokerlər

Əqdlərin sayı

Müştərilərin sayı

Əməliyyatların həcmi

(AZN)

1 ( ▲ )

4

"Yapi Kredi İnvest" MMC

7

1

13 039 484,70

2 ( ▼ )

1

"Respublika İnvest" MMC

2

1

5 499 652,00

3 ( ▲ )

9

"Texnika Kapital Menecment" MMC

4

2

5 345 563,05

4 ( ▲ )

5

"Çelsi Kapital" MMC

5

3

4 566 333,13

5 ( ▼ )

2

"Caspian Financial ltd" MMC

1

1

3 000 000,00

6 ( ▼ )

3

"Brokdil-Az" MMC

2

1

1 998 876,09

7 ( ▼ )

6

"BoB Broker" MMC

1

1

1 497 205,50

8 ( ▼ )

7

"Standard Kapital" MMC

1

1

498 819,96

Xəbər lenti

Xəbər lenti