...

İyunda Azərbaycan banklarının gəlirləri 2,6 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2011 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir N.İsmayılova/

İyunda Azərbaycanda gəlirlə işləyən bankların sayı 33-dək azalıb. Bu, may ayı ilə müqayisədə 1 bank, ötən ilin analoji dövrü ilə müqayisədə isə 3 bank azdır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, iyun ayı üzrə bank sisteminin ümumi gəlirləri 79,82 milyon manat təşkil edib. Bu, may ayının göstəricilərinə nisbətdə 2,6 faiz çoxdur.

Zərərlə işləyən bankların sayı maya nisbətən 1 və illik hesablamada 6 bank artıb. Nəticədə 11 bankın zərəri 10,45 milyon manat təşkil edib ki, bu da may ayına olan göstəricidən 30,8 faiz azdır.

Azərbaycanda 44 bank fəaliyyət göstərir.

Avqustun 4-nə olan rəsmi məzənnə 0,7864 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti