Azərbaycan, Bakı, 4 avqust /Trend/
Dubayın qənaətcil "flydubai" aviaşirkəti cəmi bir il ərzində hava donanmasını ikiqat artırıb və təyyarələrinin sayını 18-ə çatdırıb. Trend-in məlumatına görə, bu barədə aviaşirkətin cümə axşamı yaydığı məlumatda deyilir.
Yeni dəyəri 80 milyon dollar olan Boeing 737-800 NG təyyarəsi artıq şirkətin sərəncamındadır. Bu "flydubai"ın 50 ədəd təyyarə sifarişi çərçivəsində baş tutub.
Hadisəni şərh edən "flydubaı" şirkətinin başçısı Qeyt Əl Qeyt deyib: "Biz dünyanın ən sürətlə inkişaf edən hava nəqliyyatıyıq. Daim genişlənən gənc hava donanmamız uğurlarımıza əhəmiyyətli töhfə verir. Sayını 18-ə çatdırdığımız Boeing 737-800 NG təyyarələrimiz Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Asiya və Avropa istiqamətlərində yüksək keyfiyyətli və əlverişli xidmət göstərirlər. Yeni təyyarə dərhal və vaxtında istismara buraxılıb: sentyabr ayında MDB ölkələrinə yeni marşrutların açılması və qarşıdan gələn müsəlmanların müqəddəs Ramazan bayramı ərəfəsində".
"flydubaı" 2009-cu ilin iyununda Dubay-Beyrut reysi ilə fəaliyyətə başlayıb. Aviaşirkət artıq uçuş marşrutlarının sayını, Azərbaycanda daxil olmaqla, 38-ə çatdırıb.