...

Oktyabrda Dünya Bankı Azərbaycanda həyata keçirilən bütün layihələrin icmalını aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2011 13:16 (UTC +04:00)
2011-ci ilin oktyabrında Dünya Bankı (DB) Azərbaycanda həyata keçirilən bütün layihələrin icmalını aparmağı planlaşdırır.
Oktyabrda Dünya Bankı Azərbaycanda həyata keçirilən bütün layihələrin icmalını aparacaq

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.Xəlilova/

2011-ci ilin oktyabrında Dünya Bankı (DB) Azərbaycanda həyata keçirilən bütün layihələrin icmalını aparmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərlə ilk görüşdə DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Cozef Ouen deyib.

Onun sözlərinə görə, bankın Azərbaycanda hazırkı portfeli ümumi dəyəri 2,3 milyard dollar olan 20 layihədən ibarətdir.

"Bankın başlıca məqsədi arzuedilən nəticələrə nail olmaq və layihələrin icra prosesinin sürətləndirilməsidir", - Ouen qeyd edib.

Azərbaycan 1992-ci ildən DB ilə əməkdaşlıq edir və əməkdaşlıq çərçivəsində bank hazırda 43 layihənin maliyyələşdirilməsinə 2,9 milyard dollar ayırıb, bu isə Türkiyə və Qazaxıstandan sonra ölkəni portfelin həcminə görə üçüncü yerə qoyur.

Xəbər lenti

Xəbər lenti