...

"Bank Standard" yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr üzrə ödənişləri qəbul etməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2011 13:37 (UTC +04:00)
Azərbaycan bankı "Bank Standard" yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr üzrə ödənişləri qəbul etməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.
"Bank Standard" yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr üzrə ödənişləri qəbul etməyə başlayıb

Azərbaycan, Bakı, 16 avqust /Trend/

Azərbaycan bankı "Bank Standard"yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr üzrə ödənişləri qəbul etməyə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

"Mərkəzi Bank tərəfindən tətbiq olunan və "Bank Standard"ın da daxil olduğu Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin ödənişlərini qəbul etməyə başlayıb. Ödənişlər həm nağd şəkildə bütün "Bank Standard" filiallarında, həm də bankın internet saytında kart vasitəsilə "online" rejimində aparıla bilər", - bankın məlumatında deyilir.

Yeni ödəniş üsulu cərimələnmiş sürücülərin vaxtına xeyli qənaət edəcək. Belə ki, yeni üsul ödəniş qəbzini DYP-yə təqdim etmək zəruriyyətini aradan qaldırır. İstər bankda, istərsə internet vasitəsilə aparılan ödəniş haqda məlumat qısa müddət ərzində DİN Baş Dövlət Yol Polisi İdarəsinin məlumat bazasına ötürülür. Digər tərəfdən yeni ödəniş üsulu sürücülərə cərimələri vaxtında (ən azı 3 gün ərzində) ödəməyə şərait yaratmaqla, onlara qanunla nəzərdə tutulan 10 faizlik endirimdən yararlanmağa imkan verəcək.

Cəriməni "Bank Standard"ın filiallarında ödəmək üçün sürücülük vəsiqəsinin seriyası və nömrəsi, həmçinin qayda pozuntusuna görə tərtib olunmuş protokolun nömrəsi təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti