Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir N.İsmayılova/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Bakının Səbail rayonunun prioritet sahələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlıq subyektlərindən investisiya layihələrinin qəbulunu elan edib. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin cümə günü yayılan məlumatında deyilir.
2011-ci il avqustun 17-də Səbail rayonunda "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda keçirilən tədbir çərçivəsində rayonun iqtisadi potensialından effektiv istifadənin yolları müzakirə edilib. Nəticədə aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edili b:
- müasir çörək istehsalı müəssisəsinin yaradılması;
- kiçik həcmli müasir ət kəsimi və emalı müəssisəsinin yaradılması.
Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz:
Əlavə məlumat almaq üçün Sahibkarlığa Kömək Milli Fondu na müraciət etmək olar. Arayış üçün telefon (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected] Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172