...

Azərbaycanda buğdanın yığılması başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2011 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir A.Axundov/

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, avqustun 22-nə 654 021 hektar ərazidən buğda yığılıb. Bu, əkilən sahənin 99,7 faizini təşkil edir. Ötən ilin analoji dövründə bu göstərici 99,98 faizə bərabər olub.

"Avqustun 22-nə olan vəziyyətə görə, 654 197 hektar əraziyə buğda səpilib, halbuki ötən il 657 645 hektar ərazidə işlər görülmüşdü", - nazirlikdən bildiriblər.

Buğdanın əkin sahələri il ərzində 0,5 faiz azalıb.

Əkin sahələrinin azalmasına baxmayaraq, buğda istehsalı ötən ilin göstəricisi ilə müqayisədə 25,5 faiz artıb. Avqustun 22-nə olan vəziyyətə görə, ölkədə 1 639 912 ton buğda yığılıb.

Bir hektar torpaq sahəsindən orta hesabla 25,1 sentner buğda yığılıb ki, bu da 26,1 faizlik artım deməkdir. Ötən il bu göstərici 19,9 faiz olub.

Bir müddət əvvəl kənd təsərrüfatı naziri İsmət Abasovun dediyi kimi, Azərbaycanda 2011-ci ildə 2,5 milyon ton taxıl istehsalı gözlənilir. Bu, ötən ilin göstəricisini 500 min ton üstələyir.

"Hava şəraiti əlverişli olsa, biz 2,5 milyon ton taxıl istehsalını proqnozlaşdırırıq. Bunun 1,7 milyonu buğdanın payına düşəcək", - Abasov qeyd edib.

2011-ci ildə 800 min ton arpa istehsalı planlaşdırılır.

Ötən il ərzində ölkədə 2000,9 min ton taxıl yğılıb. Bu, 2009-cu ildəkindən 33 faiz azdır.

Nazirin sözlərinə görə, bu gün ölkənin taxıla olan tələbatı 3-3,2 milyon tondur.

"Çatışmayan hissə digər ölkələrdən idxal ediləcək. Hazırda Azərbaycan Rusiya və Qazaxıstandan taxıl idxal edir", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti