...

Azərbaycan vergi sahəsindəki əməkdaşların optimal sayına görə qabaqcıl mövqe tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2011 13:33 (UTC +04:00)
Hazırda Azərbaycanın vergi orqanlarının əməkdaşlarının 77 faizini yaşı 50-dən aşağı olan şəxslər təşkil edirlər. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
Azərbaycan vergi sahəsindəki əməkdaşların optimal sayına görə qabaqcıl mövqe tutur

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir, N.İsmayılova/

Hazırda Azərbaycanın vergi orqanlarının əməkdaşlarının 77 faizini yaşı 50-dən aşağı olan şəxslər təşkil edirlər. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.

"Bu gün vergi orqanlarında çalışan əməkdaşların 29,1 faizinin yaşı 30-u ötmür, 12,3 faizi 30-dan 35 yaşadək olan şəxslər, 9,1 faizi 36-40 yaşadək, 11,9 faizi 41-45, 14,6 faizi 46-50, 22,9 faizi 50 yaşdan yuxarı olan şəxslərdir. Vergi sistemində çalışan yalnız beş nəfərin yaşı 65-dən yuxarıdır və bu kateqoriyanın xüsusi çəkisi 0,2 faiz təşkil edir", - məlumatda deyilir.

Məlumata görə, işə qəbul zamanı gənclərə üstünlük verilir. Görülən tədbirlər nəticəsində vergi orqanlarının əməkdaşları arasında gənclər, orta yaşlı şəxslər və yaşlı nəsl arasında nisbətən daha optimal balans əldə olunub.

Son illər nazirlikdə aparılan kadr islahatları nəticəsində vergi orqanları əməkdaşlarının sayı xeyli azalıb. Azərbaycan MDB ölkələri, eləcə də Avropa Vergi Administrasiyaları Təşkilatına (IOTA) üzv ölkələr arasında vergilər sahəsində əməkdaşlarının optimal sayına görə (cəmi 2355 nəfər) qabaqcıl mövqelərdən birini tutur.

Xəbər lenti

Xəbər lenti