...

"Atəşgah" Sığorta Qrupunun əməkdaşları Heydər Əliyevin adını daşıyan zirvəni fəth etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Sentyabr 2011 18:51 (UTC +04:00)
"Atəşgah" Sığorta Qrupunun əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə "Atəşgah" sığorta şirkətinin (SŞ) 15-ci ildönümü münasibətilə avqust 22-də müvəffəqiyyətlə Heydər Əliyev adına zirvəyə (3751 m) qalxıblar.
"Atəşgah" Sığorta Qrupunun əməkdaşları Heydər Əliyevin adını daşıyan zirvəni fəth etdi

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

"Atəşgah" Sığorta Qrupunun əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının dəstəyi ilə "Atəşgah" sığorta şirkətinin (SŞ) 15-ci ildönümü münasibətilə avqust 22-də müvəffəqiyyətlə Heydər Əliyev adına zirvəyə (3751 m) qalxıblar. Yürüş Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun rəhbərliyi altında həyata keçirilib.

SŞ-dən cümə axşamı Trend-ə verilən məlumata görə, yürüş 2200 metr yüksəkliyində yerləşən baza düşərgəsindən saat 06:30-da başlayıb, həmin gün saat 13:30-da başa çatıb. Zirvəni fəth edən əməkdaşlar Azərbaycanın və "Atəşgah" SQ-nin bayraqlarını ucaldıblar. Maraqlıdır ki, baza düşərgəsində təbii qazın yanaraq torpaqdan çıxdığı "Atəşgah" adlanan bir yer var.

Komanda ruhunu möhkəmləndirilmək və fəaliyyət sahəsində liderliyini nümayiş etdirilməkdən savayı, yürüşün əsas məqsədlərindən biri "Atəşgah" SQ-nin yeni qəbul etdiyi vizyonda öz əksini tapmış "ekoloji təmiz gələcək uğrunda çalışmaq" siyasətinə uyğun olaraq ərazini təmizləmək, zirvə və baza düşərgəsində olan tullantıları aşağı endirib utilizasiya etməkdən ibarət idi.

"Atəşgah" SQ komandasının xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan zirvəni fəth etməsi şirkətimizin tarixində mühüm hadisə olmaqla yanaşı, həm Azərbaycan sığorta bazarında, həm də əməkdaşlarımızın peşəkar, fiziki və mənəvi inkişafına doğru etdiyimiz cəhdlərdə innovasyon yanaşmanı nümayiş etdirir", - Sığorta Qrupunun prezidenti Ruslan Əliyev deyib.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997-ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), eləcə də kommersiya təşkilatları olan ISR HOLDING və RAN-Eksim-dir.

"Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "Intermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir.

2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti