...

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını ikiqat artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2011 16:06 (UTC +04:00)
Artıq gələn ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bitkilərinin orta məhsuldarlıq göstəricisini hektardan 50 sentnerə çatdırmağı planlaşdırır.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını ikiqat artıracaq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Axundov/

Artıq gələn ildən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı bitkilərinin orta məhsuldarlıq göstəricisini hektardan 50 sentnerə çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

"Bəzi rayonlarda kənd təsərrüfatı bitkilərinin orta məhsuldarlığının 50 və 60 s/ha-ya çatmasına baxmayaraq, Azərbaycan üzrə orta məhsuldarlıq 25 s/ha-nı ötmür. Əsas məqsədimiz göstəricini 50 s/ha-ya çatdırmaqdır", - Əliyev deyib.

Onun sözlərinə görə, bu məqsədlə ölkədə yeni texnologiyaların tətbiqinə başlanılıb ki, bu da istehsalın həcmini artırmağa, suya və gübrələrə qənaət etməyə imkan verir. Həmçinin, məhsuldarlığı çox olan yeni bitki sortları da gətirilir.

"Hazırda bu məqsədlə konkret layihələr həyata keçirilir. Kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində yeni texnologiyaların inkişafı üçün əsas şərtlərdən biri yüksək məhsuldarlığa malik toxumların köçürülməsi, növbəli əkin sisteminin tətbiqi, eləcə də bitkilərin mühafizəsi məsələsinə diqqətin artırılmasıdır", - nazir müavini deyib.

Onun sözlərinə görə, bununla yanaşı, gözlənilməz iqlim dəyişikliklərini də nəzərə almaq lazımdır.

"Bizim əkinçilik sistemimiz iqlim dəyişikliklərindən və qlobal istiləşmədən güclü şəkildə asılıdır ki, bunu da nəzərə almaq vacibdir", - Əliyev bildirib.

Avqustun 22-nə olan məlumata görə, ölkədə payızlıq və yazlıq taxıl və dənli (qarğıdalıdan başqa) bitkilərin məhsuldarlığı hektardan 24,7 sentner təşkil edib. 2010-cu ildə bu rəqəm 19,8 sentner (artım 24,7 faiz) olub.

Bununla yanaşı, taxılın məhsuldarlığı hektardan 25,1 sentner təşkil edir ki, bu da ötən ilin göstəricisindən 26,1 faiz çoxdur. 2011-ci ilin ilk yeddi ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 10,2 faiz, o cümlədən heyvandarlıq məhsulları 4,8 faiz bahalaşıb.

Xəbər lenti

Xəbər lenti