...

AZPROMO və WAIPA əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 13:31 (UTC +04:00)
Azərbaycanda AZPROMO (İxracın və İnvestisiyaların Təşviqi Fondu) və WAİPA (World Association of Investment Promotion Agencies - İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyası) əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
AZPROMO və WAIPA əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və WAİPA (World Association of Investment Promotion Agencies - İnvestisiyanın Təşviqi Agentliklərinin Dünya Assosiasiyası) əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Trend-in məlumatına görə, çərşənbə günü bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, sentyabrın 5-6-da İşveçrənin Cenevrə şəhərində WAIPA-nın Dünya İnvestisiya Konfransında Azərbaycanı AZPROMO-nun rəhbəri Adil Məmmədov təmsil edib. Tədbirdə dünyanın bir çox ölkələrindən dövlət qurumlarının və özəl sektorun nümayəndələri, investisiyanın təşviqi agentliklərinin rəhbərləri, elmi və ictimai birliklərinin üzvləri də daxil olmaqla, ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edib.

1995-ci ildə İsveçrənin Cenevrə şəhərində təsis edilmiş WAIPA-nın 161 ölkədən 245 üzvü var. WAIPA-nın əsas məqsədi investisiyanın təşviqi agentlikləri arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində təcrübə və investisiya ilə bağlı məlumat mübadiləsi, investisiyanın təşviqi strategiyasının formalaşdırılmasında üzv təşkilatlara dəstək göstərməkdir.

Ötən ilin iyul ayında AZPROMO WAİPA-nın Direktorlar Şurasına üzv, habelə Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə təmsilçi seçilib. Azərbaycan Respublikası Cənubi Qafqaz və MDB ölkələrindən WAIPA-nın Direktorlar Şurasına seçilən yeganə təmsilçidir.

Xəbər lenti

Xəbər lenti