...

Azərbaycan ölkələrin rəqabət qabiliyyəti reytinqində öz mövqeyini yaxşılaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 16:13 (UTC +04:00)
Azərbaycan ölkələrin rəqabət qabiliyyəti reytinqində öz mövqeyini yaxşılaşdıraraq 142 ölkə arsında 55-ci yeri tutub.
Azərbaycan ölkələrin rəqabət qabiliyyəti reytinqində öz mövqeyini yaxşılaşdırıb

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan ölkələrin rəqabət qabiliyyəti reytinqində öz mövqeyini yaxşılaşdıraraq 142 ölkə arsında 55-ci yeri tutub. Trend-in məlumatına görə, bu barədə Ümumdünya İqtisadi Forumunun (ÜİF) dərc etdirdiyi 2011-2012-ci illərdə qlobal rəqabət qabiliyyəti üzrə hesabatda deyilir. Bununla yanaşı, Azərbaycan üçün rəqabət qabiliyyəti indeksi 4,31 təşkil edir.

2010-2011-ci illərdəki reytinqə əsasən Azərbaycan 139 ölkə arasında 57-ci mövqeni tutmuşdu.

İndeksaltı reytinqə əsasən ölkə makroiqtisadi mühit üzrə 16-cı, əmək bazarlarının effektivliyi üzrə 14-cü mövqeni tutub.

Dünyada ən rəqabət qabiliyyətli ölkə İsveçrə olub. Liderlər beşliyinə Sinqapur, İsveç, Finlandiya və ABŞ daxildir.

Rusiya Ümumdünya İqtisadi Forumunun ölkələrin rəqabət qabiliyyəti reytinqində 66-cı yerə düşüb. Əvvəlki iki ildə olduğu kimi, Estoniya postsovet məkanı üzrə lider olaraq qalır və 33-cü yeri tutur. Azərbaycandan başqa reytinqin yuxarı yarısında Litva (44-cü), Latviya (64-cü), Qazaxıstan (72-ci) dayanır.

ÜİF reytinqləri kütləvi statistik məlumatlara və şirkət rəhbərlərinin sorğularının nəticələrinə, Ümumdünya İqtisadi Forumunun milli tərəfdaşları olan, hesabatda təhlil olunan ölkələrin rəqabət qabiliyyəti və iqtisadi inkişaf məsələləri üzrə ixtisaslaşan aparıcı tədqiqat institutları və şirkətləri ilə birgə apardığı geniş gündəlik tədqiqatlara əsaslanır.

Xəbər lenti

Xəbər lenti