...

Təbrizdən Bakıya magistral yol çəkilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2011 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Təbriz-Bakı magistral yolunun çəkilişinə artıq başlanılıb. Bunu İranın Şərqi Azərbaycan əyalətinin ostandarı Əhməd Əlirza Beygi deyib. Bu barədə Trend İranın İRNA dövlət xəbər agentliyinə istinadən məlumat verir.

"İran və Azərbaycan Təbriz, Əhər, Germi və Biləsuvar şəhərlərindən keçərək Azərbaycan sərhədinə və oradan da Bakıyadək olan magistral yolu müştərək çəkirlər", - Beygi deyib.

O, əlavə edib ki, Təbriz-Bakı magistral yolunun çəkilməsi barədə qərar İran Prezidenti Mahmud Əhmədinejadın Təbrizə səfəri zamanı verilib.

Beygi magistral yolun çəkilməsi layihəsi ilə bağlı daha ətraflı məlumat verməyib.

Xəbər lenti

Xəbər lenti